Hadisə manset

Bakıda qadına zor tətbiq edib boyunbağısını aldılar

Bakıda qadına qarşı soyğunçuluq edilib. XəbərAl.az xəbər verir ki, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakini R.Şabanova noyabrın 13-də saat 1 radələrində rayon ərazisində 1 nəfərin ona zor tətbiq edərək 200 manat dəyərində qızıl boyunbağısını aldığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini S.Əsədov saxlanılıb. Araşdırma aparılır.

Hadisə manset

Azərbaycanda yol qəzaları – 4 ÖLÜ, 13 YARALI

Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzalarında 4 nəfər ölüb. XəbərAl.az xəbər verir ki, ötən gn Respublika yollarında ümumilikdə 12 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həyatını itirən 4 nəfərdən başqa, daha 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən sutka ərzində Bakının Suraxanı və Nərimanov rayonlarında, həmçinin Salyanda baş verən yol qəzalarında piyadalar həyatını […]

Hadisə manset

DSX: Sərhədboyu ərazilərdə gizlədilən silahlar aşkarlanaraq götürülüb

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mü­hafizəsi və dövlət sərhədində rejim qaydalarına riayət olun­ması üzrə həyata keçirilən əməliy­yat-axtarış və qoşun tədbirləri nəticəsində sərhədboyu ərazilərdə gizlədilən odlu silahlar aşkar olunub. Bu barədə XəbərAl.az-a DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağs­tafa rayonunun Sadıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının […]

Hadisə manset

Azərbaycanda vəzifəli şəxslər barəsində CİNAYƏT İŞİ AÇILDI

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Saatlı və Sabirabad rayon şöbələrində güzəştli şərtlərlə yaşa görə əmək pensiyalarının təyin edilməsində qanunvericiliyin tələblərinə əməl edilməməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən XəbərAl.az-a daxil olan […]

Hadisə manset

Vaqif Əsədov xəstəxanaya yerləşdirildi

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov xəstəxanaya yerləşdirilib. Bu barədə Trend-ə V.Əsədov özü məlumat verib. Polis polkovniki bildirib ki, hazırda Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alır: “Səhhətimdə problem yaranıb, soyuqla əlaqədardır. Hazırda hospitalda müalicə alıram”.

Hadisə manset

Bakı Polisi Yayılan Videoya Reaksiya Verdi

Sosial şəbəklərdə yayılan videogörüntülərdə yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum edən naməlum şəxslər tərəfimizdən müəyyən olunaraq, saxlanılıb. XəbərAl.az   xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb. “Noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfər naməlum şəxsin yolu bağlayaraq oradan […]

Hadisə Manşetüstü

Şəkidə yol qəzası olub, sürücü ölüb

Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Turan qəsəbəsi ərazisində qeydə alınıb. Sarıca kənd sakini Ziyad Rüstəmov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb. Nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə manset

Bakıda binanın damı uçdu – Foto

Ötən gün Bakıda müşahidə edilən güclü külək bır sıra fəsadlara yol açıb. XəbərAl.az-ın  məlumatına görə, paytaxtın Xətai rayonu, S.Mehmandarov küçəsində yerləşən binanın dam örtüyü güclü külək nəticəsində uçaraq ətrafa dağılıb. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son məlumatına əsasən, ötən gün şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Sumqayıt və Pirallahıda 34 m/s, Neft […]

Hadisə manset

Qobustanda yol qəzasında ölənlərin adları məlum olub – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Qobustanda baş verən qəza ilə bağlı rəsmi məlumat yayıb. XəbərAl.az nazirliyin rəsmi səhifəsinə istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qobustan rayonu ərazisində “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı […]