Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda bir nəfərin özünü dənizə atması barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Hadisə
DSX: Sərhəd pozucuları saxlanıldı
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş Azərbaycan Respublikası vətəndaşları, Sumqayıt şəhər sakinləri 1985-ci il təvəllüdlü Babayev Cabir Calal oğlu və 1992-ci il təvəllüdlü Şirəlizadə Aqif Ağaseyid oğlu saxlanılıblar. DSX-nin Mətbuat Mərkəzindən bildirilib […]
Ağcabədidə “Aşura” mərasimi dörd nəfərin həbsinə səbəb oldu
Ağcabədidə “Aşura” mərasimini keçirməyə cəhd edənlər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Xeberal.Az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman Ağcabədi şəhəri ərazisində yerləşən N.Abbaslıya məxsus evdə bir qrup şəxsin toplaşaraq “Aşura” mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.
Qubada əri tərəfindən döyülən qadın atası evinə qaçıb polisə şikayət etdi, kişi isə…
Qubada intihar etmək istəyən kişini polis xilas edib. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb. Bildirilib ki, 27 avqust 2020-ci ildə, gecə saat 23:15 radələrində rayon sakini Gülanə Mütəllibova Quba Rayon Polis Şöbəsinə müraciət edərək, əri Turab Mütəllibov tərəfindən döyülməsi və valideynlərinə məxsus evə qaçması barədə məlumat verib. Daxil olmuş […]
Samuxda ağır qəza: Avtomobil kombaynla toqquşdu, iki nəfər öldü – FOTO
Samuxda iki nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib. Xeberal.Az-ın verdiyi xəbərə görə, “Mercedec” minik avtomobili ilə kombayn toqquşub. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Siraqəddin Cabbarov elə bir oyun çıxarıb ki… – QALMAQAL
Saatlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Siraqəddin Cabbarovun eyni torpaq sahəsini iki nəfərə verməsi haqda sərəncamı ilə bağlı işə Ali Məhkəmədə baxılıb. Xəbəral.az-ın verdiyi xəbərə görə, S.Cabbarov rayonda 20 ildir kənd təsərrüfatı ilə məşğul olan fermer Validə Məmmədovaya verilən torpaq sahəsini qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmliyə satıb. Belə ki, İ.Nehrəmlinin Saatlıda icarəyə götürdüyü 30 […]
Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi həbslədən nəticə çıxarmayıb – Görünəni budur…
Hər ay sabiq nazir müavini Rafiq Bayramova 9500 manat rüşvət verən Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi həbslədən nəticə çıxarmayıb və korrupsiya əməllərini davam etdirir. Xatırlayırsınızsa, bu ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti korrupsiyaya qarşı mübarizə çərçivəsində Mədəniyyət Nazirliyində keçirtdiyi xüsusi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramov və xidmət rəisi Zakir Sultanov həbs edildi. Həbs edilən […]
Vəkili Fuad Qəhrəmanlının səhhətindən danışdı
AXCP funksioneri Fuad Qəhrəmanlının vəkili Araz Həsənov son zamanlar hüquqlarını müdafiə etdiyi şəxslə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib. Xəbəral.az-ın məlumatına görə, o, müvəkkilinin işgəncə və psixi zorakılığa məruz qalması ilə bağlı yayılan məlumatların heç bir əsası olmadığını söyləyib: “Fuad Qəhrəmanlı istintaq ifadəsini mənim iştirakımla şərbəst şəkildə verib. Vəziyyəti və sağlamlıq durumu çox yaxşıdır”.
Pirşağıda villa sahibləri dənizi yenidən hasara alıb — FOTOLAR
“Bir il əvvəl Pirşağıda məşhur 5 villanın dənizə doğru uzanan hasarlarının bir hissəsinin söküldüyünü yazmışdım və bu mediada geniş işıqlandırılmışdı. Həyatımda ilk dəfə ötən il dənizin hasarlardan azad olan hissəsinə ayaq basdım, gəzişdim və ölçməyə başladım. Kubikdən tikilən hasarların dənizə uzanan hissəsinin ən azı 20 metr arasında söküldüyünü müşahidə etdim. Bu il Pirşağıya qayıtdıqda gözümə […]
Fəttah Heydərov vəfat etdi
Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov 82 yaşında dünyasını dəyişib. Xəbəral.az xəbər verir ki, o bu gün səhərə yaxın vəfat edib. Qeyd edək ki, Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. […]