Hadisə

Bakıda dolları rəsmi məzənnədən yuxarı satan şəxs tutuldu — VİDEO

Ölkəmizdə yaradılmış azad  bazar iqtisadiyyatı mühitindən sui-istifadə hallarına yol verən, həmçinin dövlətin ədalətli fiskal siyasətindən şəxsi məqsədləri çərçivəsində yararlanan şəxslərə  qarşı mübarizə istiqamətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Bankın müraciəti əsasında növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, nəticədə qanunsuz valyuta mübadiləsi ilə məşğul olmaqda şübhəli […]

Hadisə

Türkiyə hərbçiləri Qarabağdakı əməliyyatlarda iştirak edir

Türkiyə hərbçiləri Azərbaycanın işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsində iştirak edir. XəbərAl.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Türkiyə Quru Qüvvələrinin Xüsusi Təyinatlı Mina Təmizləmə birliklərinin 136 hərbçisi Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib. Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə minatəmizləmə təlimi keçməklə bərabər, Qarabağda minatəmizləmə əməliyyatlarında da iştirak […]

Hadisə

Qarabağ qazisi özünü niyə asdı? – AÇIQLAMA

Ölkəmizin ərazi bötüvlüyü uğrunda gedən döyüşlər zamanı sentyabrın 29-da Goranboy rayonunun Gülüstan kəndi istiqamətində olarkən düşmənin atdığı mərmi partlayışı nəticəsində xəsarət alaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində “partlayış travması, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicə alan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət […]

Hadisə

Cəbhəboyu ərazilərdə əməliyyat həyata keçirildi — FOTO

2021-ci ilin 1-5 yanvar tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Goranboy, Qubadlı, Tərtər, Xocavənd, Zəngilan rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 17 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3 müraciət daxil olub. ANAMA-dan verilən məlumata görə, […]

Hadisə

Xüsusi təyinatlı gizirimiz qəzaya düşdü – AÇIQLAMA

Ötən gündən etibarən sosial şəbəkələrdə XTQ giziri Ağadədə Hacıyevin qəzaya düşməsi barədə xəbərlər yayılır. XəbərAl.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, hadisə ötən ilin dekabrın 25-də Yasamal rayonu ərazisində baş verib.  E.Zahidovun sözlərinə görə, iki maşın işıqforun yol kəsişməsində toqquşub: “Nəticədə avtomobillərin birində sərnişin qismində olan Ağadədə Hacıyev […]

Hadisə

Ordumuzun hərbçisi Qubadlıda minaya düşdü

Azərbaycan Ordusunun hərbçisi Vasif Üzeyir oğlu Məhərrəmov Qubadlı rayonunda mina partlaması nəticəsində həlak olub. XəbərAl.az xəbər verir ki, bu barədə Azərbaycan Silahlı Qüvvələrinin “VKontakte” səhifəsindəki mesajında ​​deyilir. Hadisə yanvarın 1-də Qubadlı rayonunun Qantəpə yüksəkliyində baş verib. Mina partlaması nəticəsində Azərbaycan ordusunun hərbçisi Vasif Üzeyir oğlu Məhərrəmov həyatını itirib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif […]

Hadisə

Füzulidə bir nəfər minaya düşdü – RƏSMİ

Bu gün səhər saatlarında Azərbaycan Respublikasının vətəndaşı, 1981-ci il təvəllüdlü Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşüb. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) birgə məlumat yayıb. Nəticədə, ağır dərəcəli bədən xəsarəti alaraq hər […]

Hadisə

Düşmən təxribatı nəticəsində şəhid olan hərbçimiz 2 gün əvvəl təltif olunub

Dünən erməni təxribatı nəticəsində şəhid olan hərbçimiz döyüşdə göstərdiyi şücaətə görə 2 gün əvvəl mükafatlandırılmışdı.   XəbərAl.az xəbər verir ki, dekabrın 27-də Xocavənd rayonunun Ağdam kəndi ərazisində 6 nəfərlik erməni silahlı qrupunun hücumu nəticəsində Beyləqan rayonu, Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü Qənbərov Elmir Rayıl oğlu şəhid olub.    E.Qənbərov hadisədən iki gün öncə Ali […]

Hadisə

Keçmiş icra başçısı vəfat etdi — FOTO

Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Kamal Muxtarlı bu gün – dekabrın 27-də 62 yaşında dünyasını dəyişib. XəbərAl.az xəbər verir ki, o, şəkər xəstəliyindən əziyyət çəkirmiş. Qeyd edək ki, K.Muxtarlı 1992-93-сü illərdə Qax Rayon İcra Hakimiyyətinin başçısı, uzun müddət isə Qax Rayon Peşə Liseyinin direktoru vəzifələrində çalışıb.

Hadisə

Bulvarda dənizə düşən qız belə xilas edildi — ANBAAN VİDEO

Bakıda ehtiyatsızlıqdan azyaşlı Xəzər dənizinə düşüb. XəbərAl.az xəbər verir ki, hadisə günorta saatlarında Dənizkənarı Bulvar ərazisində baş verib. Bu barədə fotoqraf Ceyhun Abdulla sosial şəbəkə hesabında videogörüntü paylaşıb. Belə ki, yeniyetmə qız ehtiyatsızlıqdan dənizə yıxılıb. Ətrafdakılar dərhal Dənizkənarı Bulvar İdarəsinin mühafizə əməkdaşlarına məlumat verib və əraziyə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.  Əməliyyatla […]