Hadisə Manşetüstü

İrəvanda dəhşətli hadisə – ÖLƏN VƏ YARALANANLAR VAR

İrəvanda yerləşən yaşayış binalarından birində içərisində iki nəfərin olduğu lift şaxtaya düşüb. Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, liftin burazı qırılıb və o, içəridə olan iki nəfərlə birlikdə 12 metr yüksəklikdən şaxtaya düşüb. Kabinədə olan hər iki nəfər son dərəcə ağır travma alıb. Yaralılar xəstəxanaya yerləşdirilsə də, onlardan biri […]

Hadisə Manşetüstü

Azərbaycanda inanılmaz hadisə – Kottecə gələn qonaqları ilan qarşıladı – FOTOLAR

İsmayıllı rayonunda maraqlı hadisə baş verib. XeberAl.az xəbər verir ki, rayonun İstisu kəndində turizm bölgəsindəki mənzillərdən birini kirayə götürən turistlər evə gələrkən qapıda ilan görüblər. Belə ki, ilan qapının kənarına vurulmuş dekorativ divar daşına qalxaraq orada yatıb. İlanı maşa ilə şüşə balona yerləşdirən kirayəşin daha sonra onu təbiətə buraxıb. Qeyd edək ki, Böyük Qafqaz dağlarının […]

Hadisə Manşetüstü

Zaqatalada 7 otaqlı ev yandı

Zaqatala rayonunun Çobankol kəndində ümumi sahəsi 220 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 2 otağın tavanı 60 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 130 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən XeberAl.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə manset

İran sərhədində atışma: Hərbçimiz yaralandı

İyulun 27-də saat 22:45 radələrində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmaqla ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsinə cəhd edilib. Dövlət Sərhəd Xidmətindən (DSX) XeberAl.az-a verilən məlumata görə, sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı […]

Hadisə Manşetüstü

Gürcüstanda dəhşətli qəza – Maşın dərəyə yuvarlandı

Gürcüstanda yük maşını 400 metr dərinliyində dərəyə aşıb. XeberAl.az xəbər verir ki, yük maşınının dərəyə aşması nəticəsində 5 nəfər həlak olub Bildirilir ki, yük maşınında ümumilkdə 12 nəfər olub. Onlar Zemo Alvani kəndindən Omalo kəndinə gedirlərmiş. Hadisə yerində xilas edicilər işləyir. Axtarış-xilasetmə işlər davam etdirilir.

Hadisə Manşetüstü

İran gəmisi Xəzərdə belə batdı – VİDEO

İyulun 26-da Xəzər dənizində İrana məxsus gəmi batıb. XeberAl.az “Report”a istinadən “Şəbahəng” quru-yük gəmisinin batmasının və 9 nəfərlik ekipaj üzvlərinin xilas edilmə anının görüntülərini təqdim edir. Qeyd edək ki, iyulun 26-da Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə […]

Hadisə Manşetüstü

DƏHŞƏTLİ HADİSƏ : Sel və daşqınlar 14 can aldı

Təbii fəlakət zamanı 53 nəfər yaralanıb Pakistanın Hayber-Paxtuntxva əyalətində bir neçə gün davam edən intensiv yağışların toy mərasimi keçirilən balkonu yuyub aparması nəticəsində 14 nəfər, o cümlədən 8 uşaq həyatını itirib. XeberaAl.az xəbər verir ki, təbii fəlakət zamanı 53 nəfər də yaralanıb. Əyalətin rəsmiləri bildiriblər ki, Aşağı Orakzay rayonunda toy mərasimi zamanı sel sularının balkonu […]

Hadisə Manşetüstü

DƏHŞƏTLİ təyyarə QƏZASI – HAMISI ÖLDÜ

Avstriyada qorxunc təyyarə qəzası olub. XeberAl.az  bildirir ki, təyyarə Vatterştayn dağlıq ərazisində qayaya çırpılıb və yanmağa başlayıb. Qəza nəticəsində təyarədə olan 3 nəfər həlak olub. Təyyarənin “Cessna” şirkətinə məxsus olduğu və Almaniyaya uçduğu deyilir. Həlak olanların şəxsiyyəti hələ müəyyənləşməyib

Hadisə Manşetüstü

Azərbaycanda itkin düşən 18 yaşlı qız tapıldı – FOTO

Bu ayın əvvəlində itkin düşən gənc qız tapılıb. İyul ayının 2-si itkin düşən 2001-ci il təvəllüdlü Babayeva Əminə Zeynal qızı bir neçə gün sonra tapılıb. Xatırladaq ki, Ə.Babayeva iyulun 2-də saat 12 radələrində evdən işə getmək adı ilə çıxmiş və bir daha geri qayıtmamışdı. Yaxınları qızın çalışdığı “Neptun” marketlə əlaqə saxlasalar da, onu görən olmayıb. […]