Hadisə manset

Ağstafa rayonunun içra başçısı Nizammədin Quliyev rayonun adını dəyişib ”Ağtava” qoydu

Ağstafa rayonunun girişində rayonun adı “Ağtafa” kimi yazılıb. Fakttv.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotoşəkil yayılıb. Yayılan şəkillərdə isə rayonunun adında “s” hərfinin yazılmadığı, rayonun adının “Ağtafa” yazıldığı öz əksini tapıb. Fotoşəkillə birlikdə yayılan məlumatda bildirilir ki, rayonun adının bu cür yazılması icra başçının tapşırığı əsasında həyata keçirilib.

Hadisə Manşetüstü

Batumidə üç azərbaycanlını bıçaqlayan şəxsin kimliyi müəyyən olundu

Batumidə üç azərbaycanlı turistə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs müəyyən olunub. XeberAl.az  xəbər verir ki, həmin şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir. Şübhəli şəxsin yeniyetmə olduğu barədə məlumatlar yayılıb. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi üzrə aparılır. Bu maddə ilə üç ildən beş ilədək həbs cəzası nəzərdə tutulur. […]

Hadisə Manşetüstü

Bakıda həbsxanada dəhşət – Məhbusun meyiti tapıldı

Bakıda məhbus intihar edib. “Report”un xəbərinə görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Orada Cinayət Məcəlləsinin 177 (Oğurluq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cəza çəkən 42 yaşlı Nadir […]

Hadisə manset

Azərbaycanda ŞOK HADİSƏ: qız özünü maşından atdı və… – ANBAAN VİDEO

Bakıda qeyri-adi yol qəzası kameraya düşüb. XeberAl.az Avtosfer.az-a istinadsən xəbər verir ki, aeroport yolunda yüksək sürətlə hərəkətdə olan “BMW” markalı avtomobilin ön oturacağında sərnişin xanım qapını açaraq özünü yola atıb. Sürücü isə avtomobili saxlayaraq rahat şəkildə maşından düşüb və qızı qucağına alaraq avtomobilə qoyub, daha sonra yoluna davam edib. Hadisəyə səbəb avtomobildə mübahisənin olduğu ehtimal […]

Hadisə Manşetüstü

İrəvanda dəhşətli hadisə – ÖLƏN VƏ YARALANANLAR VAR

İrəvanda yerləşən yaşayış binalarından birində içərisində iki nəfərin olduğu lift şaxtaya düşüb. Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, liftin burazı qırılıb və o, içəridə olan iki nəfərlə birlikdə 12 metr yüksəklikdən şaxtaya düşüb. Kabinədə olan hər iki nəfər son dərəcə ağır travma alıb. Yaralılar xəstəxanaya yerləşdirilsə də, onlardan biri […]

Hadisə Manşetüstü

Azərbaycanda inanılmaz hadisə – Kottecə gələn qonaqları ilan qarşıladı – FOTOLAR

İsmayıllı rayonunda maraqlı hadisə baş verib. XeberAl.az xəbər verir ki, rayonun İstisu kəndində turizm bölgəsindəki mənzillərdən birini kirayə götürən turistlər evə gələrkən qapıda ilan görüblər. Belə ki, ilan qapının kənarına vurulmuş dekorativ divar daşına qalxaraq orada yatıb. İlanı maşa ilə şüşə balona yerləşdirən kirayəşin daha sonra onu təbiətə buraxıb. Qeyd edək ki, Böyük Qafqaz dağlarının […]

Hadisə Manşetüstü

Zaqatalada 7 otaqlı ev yandı

Zaqatala rayonunun Çobankol kəndində ümumi sahəsi 220 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 2 otağın tavanı 60 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 130 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən XeberAl.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə manset

İran sərhədində atışma: Hərbçimiz yaralandı

İyulun 27-də saat 22:45 radələrində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmaqla ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsinə cəhd edilib. Dövlət Sərhəd Xidmətindən (DSX) XeberAl.az-a verilən məlumata görə, sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı […]

Hadisə Manşetüstü

Gürcüstanda dəhşətli qəza – Maşın dərəyə yuvarlandı

Gürcüstanda yük maşını 400 metr dərinliyində dərəyə aşıb. XeberAl.az xəbər verir ki, yük maşınının dərəyə aşması nəticəsində 5 nəfər həlak olub Bildirilir ki, yük maşınında ümumilkdə 12 nəfər olub. Onlar Zemo Alvani kəndindən Omalo kəndinə gedirlərmiş. Hadisə yerində xilas edicilər işləyir. Axtarış-xilasetmə işlər davam etdirilir.

Hadisə Manşetüstü

İran gəmisi Xəzərdə belə batdı – VİDEO

İyulun 26-da Xəzər dənizində İrana məxsus gəmi batıb. XeberAl.az “Report”a istinadən “Şəbahəng” quru-yük gəmisinin batmasının və 9 nəfərlik ekipaj üzvlərinin xilas edilmə anının görüntülərini təqdim edir. Qeyd edək ki, iyulun 26-da Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə […]