Hadisə Manşetüstü

Bakıda Türkiyə vətəndaşı qarət olundu

Bakıda Türkiyə vətəndaşı qarət olunub. XeberAl.az-ın  məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində baş verib. Türkiyə vətəndaşı, 1981-ci il təvəllüdlü Ezel Rəna Yusif qızı polisə müraciət edərək bildirib ki həmin ünvanda onun 150 manatını və bank kartlarını oğurlayıblar. Faktla bağlı araşdırma aparılır.

Hadisə Manşetüstü

Xəzərdə 4 nəfərin meyiti aşkarlandı

Xəzər dənizində batmış 4 nəfərin meyiti aşkar edilib. XeberAl.az-ın məlumatına görə, rusiyalı xilasedicilər meyitləri Dağıstanın Qarabudaqkənd rayonunun Xəzər sahilləri tərəfdə aşkar edib. Qeyd edək ki, dünən 4 nəfərin batması barədə xəbər daxil olmuşdu. Batanlardan 2-i qadın, 2-i isə azyaşlıdır. Fövqəladə Xidmət bütün meyitlərin Xəzər akvatoriyasında tapılaraq təhvil verildiyini bildirib.

Hadisə Manşetüstü

Bakıda kriminal avtoriteti öldürənlər belə tutuldu – ƏMƏLİYYATIN VİDEOSU

İyunun 7-də Bakıda küçədə güllələnən kriminal aləm üzvü Mübariz Budaqlını qətlə yetirənlərin tutulma anı polisin nəzarət kamerasına düşüb. Videogörüntüdə elə həmin gün yol polisləri tərəfindən təqib olunan şübhəli şəxslər – Taleh Cəlalov və Vüsal Hüseynovun saxlanılma anı videolentə alınıb. Binəqədi rayonu Azadlıq prospektində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Cəlalov həmyerlisi Vüsal Hüseynov tərəfindən […]

Hadisə Manşetüstü

Ailə faciəsi: Baba və nəvə dənizdə boğuldu

Ələtdə, Yanardağ adlanan ərazidə dənizdə nəvə və baba boğulub. XeberAl.az xəbər verir ki, 15 yaşlı Ləman Orucova dənizdə çimərkən boğulub. 70 yaşlı babası Əmrağa Orucov nəvəsini xilas etmək istəyərkən özü də boğularaq ölüb. Təcili Yardımdan verilən məlumata görə, çağırış saat 16.45-də daxil olub. Hadisə yerinə gələn həkim briqadası ölüm faktını təsdiqləyib.

Hadisə Manşetüstü

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Həmkəndlisini çayxananın həyətində DOĞRADI

Füzuli rayonunda qətl hadisəsi baş verib. Füzuli rayon polis şöbəsinə iyulun 15-də Horadiz şəhəri ərazisində yerləşən çayxanalardan birinin həyətində naməlum şəxsin şəhər sakini Elxan Abbasovu bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu […]

Hadisə Manşetüstü

Bakıda mebel sexi yandı

Bakı şəhərində mebel sexi yanıb. XeberAl.az xəbər verir ki, Binəqədi rayonunda ümumi sahəsi 340 m² olan birmərtəbəli 6 otaqdan ibarət tikilinin (mebel təmiri sexi kimi fəaliyyət göstərir) 2 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə Manşetüstü

Azərbaycanda FACİƏ: Məşhurun oğlu dənizdə İTKİN DÜŞDÜ – Axtarışlar APARILIR

Müsavatçı xanımın oğlu itkin düşüb. Partiya üzvü Laləzar Məmmədlinin oğlu İlham dünən Bakıda dostları ilə dənizə gedib. Dənizdə çimərkən həmin gənc dostu ilə çıxılmaz vəziyyətə düşüb. Dost çətinliklə də olsa dənizdən çıxa bilib və hazırda xəstəxanadadır. Təxminən 30 yaşlarında olan İlhamdan isə hələ də xəbər yoxdur. Hazırda onun axtarışları davam etdirilir. İlham Məmmədli evlidir, 2 […]