Hərbi

Azərbaycanlı hərbçilər Kəlbəcərdə – FOTO

Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri artıq Kəlbəcər rayonundadır. “RİA Novosti” bununla bağlı görüntülər paylaşıb. Xatırladaq ki, Kəlbəcər rayonu bu gün Azərbaycana təhvil verilib. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiyanın Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanata əsasən Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Kəlbəcər rayonunu təhvil verməsi planına əsasən həyata keçirilib.

Hərbi

“Hərbi Vətənpərvərlik mövzusununda sosial çarxın” çəkilişi baş tutdu

22.11.2020-ci il tarixdə ”Hərbi Vətənpərvərlik mövzusunda sosial çarxın” çəkilişi ilə əlaqəli növbəti tədbir keçirilmişdir. Tədbirdə Samux rayonu Qarayeri qəsəbəsi 1 saylı məktəb-litseyin şagirdləri iştirak etmişlər. Çəkiliş zamanı şagirdlər hərbi geyim formasında əlində Azərbaycan Respublikasının dövlət bayrağını nümayiş etdirmişlər. Tədbir zamanı məktəbin direktoru Bəsti Mahmudova şagirdlər qarşısında çıxış edərək torpaqlarımızın azadlığı uğrunda döyüşən cəsur milli qəhramanlar […]

Hərbi

Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi Federasiya Şurasının iclasında müzakirə ediləcək

Rusiya sülhməramlılarının Dağlıq Qarabağ münaqişəsi zonasına yerləşdirilməsi ilə əlaqədar olaraq RF Silahlı Qüvvələrinin Rusiya hüdudlarından kənarda istifadəsinə dair məsələ bu ölkənin Federasiya Şurasının bu gün keçiriləcək iclasın ın gündəliyinə daxil edilib. TASS bununla bağlı yuxarı palatadakı bir neçə mənbəsinə istinadən məlumat yayıb. Bildirilib ki, məsələ Dağlıq Qarabağa aiddir və iclasın əvvəlində müzakirə ediləcək. Qeyd edək […]

Hərbi

Parlament Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsini təsdiqlədi

Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Layihə Böyük Millət Məclisinin bu gün keçirilən iclasında müzakirə olunaraq qəbul edilib. İclasa parlamentin sədr müavini Xalqların Demokratik Partiyasından (HDP) Nemətulla Ərdoğmuş rəhbərlik edib. Qeyd edək ki, Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi ilə bağlı qanun layihəsi ölkənin Prezident Administrasiyası tərəfindən hazırlanıb. Layihəyə əsasən, Türkiyə hərbçiləri […]

Hərbi

Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirildi – FOTO

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, noyabrın 15-də Hərbi Dəniz Qüvvələrində gənc matrosların andiçmə mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc matroslar təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. Sonda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib. […]

Hərbi

Rusiya MN saytında Qarabağdakı sülhməramlılarla bağlı xüsusi bölmə yaradıldı

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında “Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingenti” adlı xüsusi bölmə yaradılıb. Xəbəral.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. “Yeni bölmədə müvafiq xəbərlər və multimediya materialları, infoqrafik məlumatlar, habelə Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin sülhməramlı əməliyyatın aparılması ilə bağlı brifinqləri dərc ediləcək”, – deyə Müdafiə Nazirliyindən bildirilib. Sayt ziyarətçiləri Laçın dəhlizi ərazisindəki […]

Hərbi

“Türkiyə ilə Azərbaycan arasında hərbi ittifaq müqaviləsi imzalanmalıdır” – Türkiyəli generaldan ÇAĞIRIŞ

“Ermənistanla imzalanacaq sülh sazişində Azərbaycanın ərazi bütövlüyünün tanınması haqda maddə olmalıdır”. Xəbəral.az xəbər verir ki, bu sözləri Türkiyə Ordusunun ehtiyatda olan general-mayoru Cahangir Dumanlı “Cümhuriyyət” qəzetində yayımlanan bugünkü köşə yazısında qeyd edib. Azərbaycanın bu müharibədə qəti qələbə qazandığını vurğulayan Cahangir Dumanlı gələcəkdə iki ölkə arasında imzalanacaq sülh razılaşmasına işğalçı dövlətin Azərbaycanın ərazi bütövlüyünü tanıması və […]

Hərbi

Qarabağda döyüşlərdə iştirak edən Abxaziya muzdlularına cinayət işi açıldı – FOTO

Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir. Baş Prokurorluqdan  verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, Gürcüstanın Abxaziya ərazisində yaşayan bir qrup şəxsin Azərbaycan Respublikasına qarşı törətdikləri cinayət əməllərinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunda toplanmış material üzrə araşdırma aparılmışdır. […]