Hərbi

Azərbaycanın Vətən Müharibəsində verdiyi şəhidlərin sayı açıqlandı – RƏSMİ

Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanıb. Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirib, illər ərzində […]

Hərbi

DTX Qarabağda pulnan döyüşən şəxsi tutdu – VİDEO

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz silahlı birləşmələr, terrorçu dəstələr halında döyüşlərə cəlb edilmələri ilə bağlı çoxsaylı faktlara dair kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. XəbərAl.az Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadla xəbər verir ki, aparılan araşdırmalarla Livan Respublikasının vətəndaşı Viken Eulcekcianın, həmin ölkənin digər vətəndaşı Hovak Kikiyan, […]

Hərbi

Özünü qumbaranın üstünə atıb döyüşçü yoldaşlarını xilas etdi – Bu qəhrəmanı siz də tanıyın

Yanınıza qumbara atılsa və sadəcə bir neçə saniyə vaxtınız olsa, yaşamağı, yoxsa yaşatmağı seçərdiniz? O, öz canı bahasına da olsa, yaşatmağı seçdi və özünü qumbaranın üstünə atdı. Atdı ki, yanında olan 10-a yaxın döyüş yoldaşı şəhid olmasın. O, şir ürəkli, böyük iradəli vətən oğlu Tərlan Həsənovdur. O, döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə […]

Hərbi

“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi – FOTO

Prezident İlham Əliyev “Cəsur döyüşçü” medalı haqqında Əsasnaməni təsdiqləyib. Əsasnaməyə görə, “Cəsur döyüşçü” medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş […]

Hərbi

Türkiyə Silahlı Qüvvələrindən ordumuza növbəti dəstək – FOTO

Türkiyə Quru Qoşunlarının ərazilərin minalardan təmizlənməsi üzrə iki bölüyü Azərbaycan əsgərlərinə yardım edəcəklər. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi “Twitter” hesabında paylaşım edib. Bildirilib ki, türkiyəli əsgərlər erməni işğalından azad olunmuş ərazilərin minalardan təmizlənməsinə fəal iştirakla yanaşı azərbaycanlı həmkarlarına təlim də keçəcəklər.  

Hərbi

NATO-nun Baş Qərargah rəisi Azərbaycan Ordusunun əks-hücum əməliyyatını örnək göstərir

“Sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq əks-həmlə əməliyyatına, Vətən Müharibəsinə başladı. Düşmən 30 il ərzində mürəkkəb relyefə malik həmin ərazilərdə istehkamlar yaradaraq güclü müdafiə xətti qurduğuna, Azərbaycan Ordusunun böyük itkilər verəcəyinə, ilk gündən uğursuzluqla üzləşəcəyinə əmin idi”. Bunu  ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, döyüş bölgəsindən hazırlanan videosüjetlərdə […]

Hərbi

Milli Məclis “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adının təsis olunmasını təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Xəbəral.az xəbər verir ki, qanun layihəsində qeyd edilib ki, “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir. “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə […]

Hərbi

Ordumuzun Kəlbəcərə daxil olmasının növbəti görüntüləri – VİDEO

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Müdafiə Nazirliyi bölmələrimizin Daşkəsən istiqamətindən Kəlbəcər rayonuna daxil olmasının videogörüntülərini təqdim edib:

Hərbi

Azərbaycanlı hərbçilər Kəlbəcərdə – FOTO

Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri artıq Kəlbəcər rayonundadır. “RİA Novosti” bununla bağlı görüntülər paylaşıb. Xatırladaq ki, Kəlbəcər rayonu bu gün Azərbaycana təhvil verilib. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiyanın Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanata əsasən Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Kəlbəcər rayonunu təhvil verməsi planına əsasən həyata keçirilib.