Hərbi

Zəfər paradında nümayiş etdirilən hərbi qənimətlər – VİDEO

Bu gün möhtəşəm qələbəmizə həsr olunmuş zəfər paradı çərçivəsində Azadlıq meydanına 44 günlük Vətən Müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qismi gətirilib. Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar – “KamAZ” markalı avtomobilin qoşqusunda D-30, “Ural” markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, “ŞİLKA”, “OSA-1T”, “KUB” zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), “T-72” […]

Hərbi

Ordumuzun məhv etdiyi düşmən texnikalarının nömrələrindən ibarət lövhə hazırlandı – FOTO

Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus texnikaların nömrə nişanlarından ibarət nəhəng lövhə hazırlanıb. Lövhə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib. Lövhədə böyük hərflərlə “Qarabağ Azərbaycandır!” şüarı əks olunub. Lövhə bu gün baş tutacaq Zəfər paradında nümayiş etdiriləcək.  

Hərbi

Prezident bir sıra hərbi qulluqçulara orden verdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: “Zəfər” ordeni […]

Hərbi

Bir sıra hərbi qulluqçulara “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik […]

Hərbi

Qələbə paradının aparıcısı bəlli oldu – FOTO

Dekabrın 10-da Bakıda, Azadlıq meydanında keçiriləcək Zəfər paradının aparıcısı bəlli olub. XəbərAl.az-ın hərbi mənbələrdən əldə etdiyi məlumatına görə, tədbirin ssenari müəllifi və aparıcısı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olacaq. Müdafiə Nazirliyinin məlumatına görə, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul […]

Hərbi

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların adları açıqlandı

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların adlarını açıqlayıb. XəbərAl.az xəbər verir ki, nazirlik adlı siyahını yayıb. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilmişdir. Dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, […]

Hərbi

Şok ƏMƏLİYYAT KEÇİRİLDİ: yüzlərlə hərbçi HƏBS OLUNDU – VİDEO

Türkiyədə tarixin ən böyük FETÖ əməliyyatı keçirilib. XəbərAl.az xəbər verir ki, 50 əyalətdə baş tutan əməliyyat nəticəsində 304 əsgər saxlanılıb. Onlardan 193-ü Quru Qüvvələri Komandanlığı, 111-i Hava Qüvvələri Komandanlığında xidmət edirmiş. FETÖ-nün Türkiyə Silahlı Qüvvələrində kök salmasına qarşı keçirilən əməliyyatda saxlanılanlar təşkilatın qondarma imamları ilə kabelsiz telefonlarla əlaqə qurmaları sayəsində aşkarlanıb. İzmir Baş Prokurorluğu həmin şəxslər […]

Hərbi

Şəhid anası onlara verilən 10 mini orduya bağışladı

İkinci Qarabağ müharibəsində Füzulinin azad olunması istiqamətində döyüşlərdə şəhid olan Kürdəmir rayonunun stansiya Karrar qəsəbəsinin sakini Məlik Zülfüqarovun anası şəhid üçün dövlət tərəfindən ayrılan vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb. XəbərAl.az xəbər verir ki, Yeganə Ədilova 10 min manat məbləğində birdəfəlik yardımın Vətənimizin keşiyində duran əsgər və zabitlərə xərclənməsini daha düzgün hesab edərək, şəhid ailələrinə göstərilən […]

Hərbi

Hərbi əsirlərin siyahısı BQXK-yə təqdim edildi

Azərbaycan və Ermənistan hərbi əsirlərin siyahısının mübadiləsini aparıblar. XəbərAl.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Tiqran Avinyanın ofisindən bildirilib. “Azərbaycan və Ermənistan tərəfi hərbi əsirlərin siyahısını Beynəlxalq Qırmızı Xaç Komitəsinə təqdim ediblər”, – deyə məlumatda qeyd edilib. Hazırda siyahının dəqiqləşdirilməsi istiqamətində işlər aparılır.

Hərbi

Azərbaycan ordusu Vətən Müharibəsi şəhidlərini andı – FOTO/VİDEO

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən saat 12:00-da Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə bir dəqiqəlik sükut elan edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.