Dünya

Müstəmləkə dövrünün xiffəti – Makronun Mərakeş səfərinin hədəfi – ŞƏRH + FOTO

Fransanın müstəmləkə siyasətinin ifşası və iflası davam edir. Keçmiş müstəmləkələrdə baş verən etirazlar, mitinqlər səngimir, əksinə, getdikcə geniş vüsət alır. Afrikada olduğu kimi, dənizaşırı ərazilərdə yerləşən ada ölkələrinin də Fransanın qatı müstəmləkəçilik və talama siyasətinə qarşı etirazları dönməz xarakter alır. Bu gün əksər müstəmləkə ölkələrində Fransanın mövcudluğu nifrətlə qarşılanır. Cəmiyyətlərin, müxtəlif xalqların və icmaların təpkiləri […]

Dünya

İran səfiri Çexiya XİN-ə çağırıldı

Çexiya Xarici İşlər Nazirliyi İranın Praqadakı səfiri Seyid Məcid Qafilebaşını çağırıb. Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib. Bildirilib ki, səfirin XİN-ə çağırılması İranın İsrailə hücumu ilə bağlı olub. Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketlərlə İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini […]

Dünya

Qazaxıstanda YENİ QANUN: Arvadını döyərək öldürən keçmiş nazir ömürlük həbs ediləcək? – FOTO

Qazaxıstanın rəhbəri Kasım-Jomart Tokayev ölkədə məişət zorakılığı haqqında qanunun qəbulu haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Tokayev məişət zorakılığını cinayət hesab edən sənədlər paketini imzalayıb. Sənədə əsasən, qadın və uşaqlara qarşı bir çox cinayətlər sərtləşdiriləcək. Bu qərar keçmiş nazir Kuandıq Bişimbayevin arvadı Saltanat Nukenovanı döyərək öldürməsi işi ilə […]

Dünya

İsrail Rəfaha hərbi hücumunu təxirə saldı

İranın İsrailin hərbi obyektlərinə hücumundan sonra rəsmi Tel-Əviv Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyatı təxirə salıb. Məlumata görə, hazırda İsrail diqqətini İranın hücumuna cavab tədbirləri hazırlamaq üzərində cəmləyib. Yəhudi dövləti bu həftə Rəfahda ilk addımlarını atmağı planlaşdırırdı. Bildirilir ki, İsrail anklavın cənubunda əməliyyat keçirməkdə qərarlıdır. Odur ki, əməliyyat ləğv edilməyib, sadəcə onun vaxtı dəyişib. Mənbə: […]

Dünya

İran prezidenti Pakistana səfər edəcək – FOTO

İran Prezidenti İbrahim Rəisi Pakistana səfər edəcək. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. Məlumata görə, İbrahim Rəisinin səfəri aprelin 22-nə planlaşdırılıb. İki günlük səfər zamanı Yaxın Şərqdə baş verən son proseslər, o cümlədən ikitərəfli münasibətlər haqqında danışıqlar aparılacağı bildirilib.   Xeberal.az

Dünya

İran dövlət televiziyasında İsrailə hücumun saxta görüntüləri paylaşılıb – FOTO/VİDEO

“Əl-Ərəbiyyə” xəbər verib ki, dünən İranın dövlət televiziyası olan İRİNN İsrailə qarşı hücumun nəticəsi kimi Çilidə baş verən yanğının görüntülərini paylaşıb. Məlumata görə, İsrail XİN İran televiziyasını saxta təbliğat yaratmaqda ittiham edərək “X” hesabında yazıb: “Solda: İran dövlət televiziyası bunun İsraili vuran İran raketindən görüntülər olduğunu iddia edir. Sağda: Fevral ayında Çilidə baş vermiş yanğından […]

Dünya

Ramil Şeydayevin klubu Türkiyə Futbol Federasiyasının qərarına etiraz edib

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” klubu Türkiyə Futbol Federasiyasının (TFF) qərarına etiraz edib. Oxu.Az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kocaeli klubu aprelin 3-də evdə “Göztəpə”yə 3:2 hesabı ilə qalib gəldikləri XXVIII turun matçında baş verənlərə görə cəzalanıb. Komanda “Bandırmaspor” və “Sakaryaspor”a qarşı növbəti ev matçlarında […]

Dünya

Rusiyadakı dəhşətli qəza sosial şəbəkələrdə heyrətlə qarşılandı – VİDEO

Rusiyanın İrkutsk vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə anbaan hərəkət edən avtomobillərdən birinin videoqeydiyyatçısı tərəfindən qeydə alınıb. Belə ki, “Nissan Qashqai” markalı avtomobil bütöv xətti tapdalayaraq qarşıdan gələn “KamAZ” markalı avtomobilin yoluna çıxaraq yük avtomobilinə çırpılıb. Toqquşma nəticəsində “Nissan”ı idarə edən sürücü və bir nəfər sərnişin ölüb, daha iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. […]

Dünya

Makron Ukraynada atəşkəs elan etmək istəyir: Tarixi açıqladı

Fransa Prezidenti Emmanuel Makron Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı bütün münaqişələrdə atəşkəsə nail olmaq istəyir. O, bu barədə BFMTV kanalının efirində bəyanat verib. “Biz Olimpiya barışığı üzərində işləyəcəyik”, – deyə Makron vurğulayıb. O əlavə edib ki, bu məsələyə digər ölkələri, xüsusən də Çini cəlb etməyə hazırdır. “Bir neçə həftədən sonra Parisə Çin Prezidenti Si Cinpin […]

Dünya

Gürcüstan Parlamentində müzakirələr kütləvi davaya çevrildi – VİDEO

Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin müzakirəsi zamanı kütləvi dava olub. Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb. Bildirilir ki, Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi barədə danışarkən müxalifətdə olan Vətəndaşlar Partiyasının rəhbəri Aleko Elisaşvili ona hücum edib. Bundan sonra zalda dava başlayıb. Xatırladaq ki, qanun layihəsi ilə […]