Dünya

Səmadan Floridadakı evin üzərinə düşən və damı deşən obyektin mənşəyi bəlli oldu – FOTO

ABŞ-nin Florida ştatında bir evin üzərinə düşən və damını deşən obyekt Beynəlxalq Kosmik Stansiyadan (BKS) kosmos tullantılarıdır. Bu barədə NASA-nın saytında məlumat verilib. Qeyd olunub ki, evin damı 2021-ci ilin mart ayında stansiyadan atılan nikel-metal hibrid batareya bloku ilə deşilib. Mütəxəssislərin hesablamalarına görə, istismar müddəti bitən və ümumi çəkisi təxminən 2,6 ton olan batareyalar atmosferdə tamamilə […]

Dünya

Dünyanın ən təmizkar ölkələri məlum olub

Braziliya sakinləri dünyanın ən təmiz insanları seçiliblər. Bunu müxtəlif ölkələrdə insanların yuyunma və duş qəbulunun müntəzəmliyini təhlil edən Dünya Əhali İcmalı layihəsinin məlumatları sübut edir. Araşdırmaya görə, braziliyalıların 99 faizi hər gün yuyunur, lakin əksəriyyəti bunu daha tez-tez edir. Orta hesabla braziliyalılar gündə iki dəfə duş qəbul edirlər. Eyni zamanda, yerli sakinlərin yalnız yeddi faizi […]

Dünya

Belarusda avtobusla yük maşını toqquşdu: 40-dan çox yaralı var

Belarus Səhiyyə Nazirliyi Minsk yaxınlığında avtobusla ağır yük maşınının toqquşması nəticəsində 43 nəfərin xəsarət aldığını bildirib. “43 zərərçəkənin üçü yeniyetmədir, onlardan biri xəstəxanaya yerləşdirilib”, – deyə Minsk təcili tibbi yardım stansiyasının baş həkimi Aleksandr Jinko bildirib. Onun sözlərinə görə, təcili tibbi yardım briqadaları 30-dan çox zərərçəkmişi paytaxt xəstəxanalarının təcili yardım şöbələrinə çatdırıblar, bir neçə nəfər […]

Dünya

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? – Qərar AÇIQLANDI

İsrail Müdafiə Qüvvələri (IDF) İranın hücumuna necə cavab verəcəkləri barədə artıq qərar verib. Məlumata görə, İDF hələ də cavab hücumunun vaxtını müəyyənləşdirməyib. Bildirilib ki, variantlar arasında İranın nüvə obyektlərinə zərbə endirmək və ya dron obyektlərini və ya ballistik raketləri vurmaq daxildir. Bundan əlavə, İsrail kiberhücum və İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı sanksiyalar tətbiq […]

Dünya

Xavi Ernandes: “Barselona” hakim səhvinin qurbanı oldu”

“Barselona” klubunun baş məşqçisi Xavi Ernandes komandasının evdə PSJ-yə böyük hesabla məğlub olaraq turnirdən kənarda qalmasını şərh edib. O, klubun uğursuzluğunda hakimi günahlandırıb. “Bizim üçün Çempionlar Liqasının hakim səhvi ucbatından başa çatması təəssüf doğurur. Sadəcə hakimə onun fəlakət olduğunu söylədim. Bu reallıqdır. Çempionlar Liqasında güclü idik və düşünürəm ki, bu, vacibdir. Kiçik detallara nəzarət etməyi […]

Dünya

Qazaxıstanda xüsusi rejim tətbiq edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev irimiqyaslı daşqınlarla əlaqədar dövlət vəsaitlərinə qənaət rejimi tətbiq etmək və qənaət edilmiş vəsaitin yardım məqsədi ilə təbii fəlakətdən zərər çəkənlərə yönəltmək qərarına gəlib. Bu barədə dövlət başçısının mətbuat xidməti onun Kostanay vilayətinin sakinləri ilə görüşündən sonra məlumat verib. “Prezident dövlət vəsaitlərinin vətəndaşlara göndərilməsi üçün qənaət rejimi tətbiq etmək qərarına gəldiyini bildirib, […]

Dünya

“Barselona” azarkeşləri səhvən öz klublarının avtobusuna hücum ediblər – VİDEO

İspaniyanın “Barselona” futbol klubunun azarkeşləri komandalarının avtobusuna şüşə və taxta əşyalar ataraq, onu Fransanın PSJ-nin avtobusu ilə səhv salıblar. Məlumata görə, nəqliyyat vasitəsi stadiona gedən yolda hücuma məruz qalıb. “Barsa” azarkeşləri onu PSJ-nin avtobusu ilə səhv salaraq hücum ediblər. Qeyd edək ki, çərşənbə axşamı Çempionlar Liqasının ikinci 1/4 final matçında “Barselona” PSJ-ni qəbul edəcək. İlk […]

Dünya

Türkiyə şirkəti ABŞ-də artilleriya mərmilərinin istehsalı üzrə zavod inşa edəcək

“Türkiyə şirkəti Texasda 155 millimetrlik top mərmilərinin əhəmiyyətli hissəsini istehsal edəcək zavod tikməyə hazırlaşır”. Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin yüksək rütbəli nümayəndəsi, demokrat Adam Smit (Vaşinqton ştatından) dinləmələrdə bildirib. O qeyd edib ki, zavod ABŞ-nin döyüş sursatı məsələsində istehsal ehtiyaclarını ödəmək üçün kritik rol oynayacaq. Lakin o, konkret hansı istehsal həcmlərindən söhbət […]

Dünya

Brüsseldə Viktor Orbanın iştirakı ilə tədbirin keçirilməsi qadağan edilib

Brüsselin Sen-Xose kommunasının burqomisteri Macarıstanın baş naziri Viktor Orbanın iştirakı ilə Avropa sağçı qüvvələrinin forumunun keçirilməsini qadağan edib. O, bunu ictimai təhlükəsizliyi təmin edilməsilə əlaqələndirib. Hadisə yerinə polis göndərilib və burqomisterin qərarını çərşənbə axşamı keçirilməsi planlaşdırılan forumun təşkilatçılarına çatdırıb. Ordan baş verənləri söz azadlığının pozulması kimi dəyərləndirib. Mənbə: TASS Xeberal.az

Dünya

Moldovada Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi barədə qərar açıqlandı

“Moldova Konstitusiya Məhkəməsi parlamentin deputatlarının respublikanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı referendumun keçirilməsi və onun nəticələrinə əsasən konstitusiyaya əlavələr edilməsi təşəbbüsünü qanuni hesab edib”. Bu barədə müvafiq hökmü Konstitusiya Məhkəməsinin sədri Domnika Manole təqdim edib. “Konstitusiyaya yenidən baxılması təşəbbüsü əsas qanunun müddəalarına uyğundur və parlamentin təsdiqi üçün təklif oluna bilər”, – deyə hakim vurğulayıb. […]