Dünya

İsrail cavab zərbəsi endirəcək: İrandan ABŞ-yə XƏBƏRDARLIQ

İsrail “yaxın 48 saat ərzində” İrana cavab verəcək. Bu barədə İsrail mediasında qeyri-rəsmi məlumatlar yayılıb. Öz növbəsində, Tehran İsveçrə vasitəsilə ABŞ-yə xəbərdarlıq edib ki, Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləsə, onun bazaları hərbi hədəfə çevriləcək.  Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bəyan edib. O bildirib ki, İranın İsrailə qarşı əməliyyatı başa çatıb. “Bizim nöqteyi-nəzərimizdən […]

Dünya

İsrail ordusu İran raket və PUA-larının 99%-ni vurub

“İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni vurub”. Bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari məlumat verib. Onun sözlərinə görə, İran İsrailə doğru 170 pilotsuz uçuş aparatı atıb, onların heç biri İsrail sərhədlərinə çatmayıb. PUA-lar müttəfiqlərlə birlikdə İsrail hərbçiləri tərəfindən vurulub. Bundan əlavə, İran İsrailə 30 qanadlı raket atıb […]

Dünya

İsrail İranın hücumlarına cavab verəcək

İranın hücumlarına İsrailin cavabı ilə bağlı qərarı baş nazir, Müdafiə Nazirliyinin rəhbəri və dar çərçivəli hərbi kabinetin üzvü verəcəklər. Məlumata görə, İsrailin hərbi-siyasi kabineti baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və dar çərçivəli hərbi kabinetin üzvü Benni Qantsa İranın hücumlarına İsrailin reaksiyasına dair qərar qəbul etməyi tapşırıb. İsrailin yüksək səviyyəli mənbələri “ciddi və güclü reaksiyanın […]

Dünya

İsrail qırıcıları Livanın cənubundakı “Hizbullah” bazasını vurub – VİDEO

İsrail qırıcıları Livanın cənubunda “Hizbullah” hərəkatının bəzi hərbi obyektlərinə zərbələr endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Cbaa şəhəri ərazisində “Radvan” təxribat bölməsi qüvvələrinin bir sıra hərbi hədəflərinə hücum edib”, – bəyanatda deyilir. Bundan əvvəl “Hizbullah” Qolan təpələrində İsrail ordusunun üç bazasına onlarla “Katyuşa” […]

Dünya

İsrail hava məkanını açıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib

İsrail hakimiyyəti İrandan gələn hücum təhlükəsi ilə bağlı bağlanan ölkənin hava məkanını açıb. Bu barədə İsrail Hava Limanları İdarəsi məlumat yayıb. “Təhlükəsizlik xidmətlərinin göstərişinə əsasən, səhər saat 07:30-dan (Bakı vaxtilə 08:30) etibarən İsrail Dövlətinin hava məkanı açılıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib”, – məlumatda deyilir. Mənbə: TASS Xeberal.az

Dünya

Messi və Suaresin qolları “İnter Mayami”yə qələbə qazandırdı – VİDEO

ABŞ-nin Kanzas Siti şəhərində MLS-in növbəti turu çərçivəsində yerli “Sportinq Kanzas Siti” ilə “İnter Mayami” qarşılaşıblar. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Argentinalı hücumçu Lionel Messi matçda qol vurub və məhsuldar ötürmə edib. Onun komanda yoldaşı, uruqvaylı hücumçu Luis Suares isə matçın 71-ci dəqiqəsində qələbə qolunun müəllifi olub. Bu qələbə sayəsində “İnter Mayami” […]

Dünya

İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib

İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb. Buraxılışların əksəriyyəti İrandan edilib,  az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb. İranın zərbələri nəticəsində İsrailə dəyən zərərin, hücumun miqyası nəzərə alınmaqla, nisbətən kiçik olduğu təxmin edilir. İsrailin baş naziri […]

Dünya

İranın yüzdən çox PUA-sı ABŞ tərəfindən vuruldu – Tehran hücumun yekunlaşdığını bildirdi

İranın yüzdən çox pilotsuz uçuş aparatı (PUA) ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirilib. Oxu.Az xəbər verir ki, İranın BMT-dəki nümayəndəliyi isə İsrailə qarşı hücumun yekunlaşdığını bildirərək, ABŞ-ı münaqişədən kənarda qalması ilə bağlı xəbərdarlıq edib. Nümayəndəliyin “X” sosial şəbəkəsindəki paylaşımda deyilir ki, bu, İranın Dəməşqdəki diplomatik korpusuna hücuma cavabdır. Daha əvvəl ABŞ rəsmiləri İraq və […]

Dünya

Bayden təhlükəsizlik komandasını yığdı: Məsləhətləşmələr aparılır

ABŞ Prezidenti Cozef Bayden İranın İsrailə hücumu ilə bağlı Ağ Evdə milli təhlükəsizlik komandası ilə məsləhətləşmələr aparır.  Bu barədə ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayılıb. Digər təfərrüatlar açıqlanmır. Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi […]