Dünya

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin-İsrail qarşıdurmasının bütün bölgəyə yayılma riski ilə bağlı xəbərdarlıq edib. Türkiyə lideri bu barədə İstanbulda Misirin xarici işlər naziri Sameh Şükri ilə görüşündə deyib. Danışıqlarda ikitərəfli münasibətlər, Qəzza zolağındakı son durum, qlobal və regional problemlər, o cümlədən İsrail və İran arasındakı gərginlik müzakirə olunub. R.T. Ərdoğan həmçinin Fələstin-İsrail münaqişəsinin həllinin […]

Dünya

Moskvada keçirilən MMA turnirində iranlı və ermənistanlı döyüşçülər dava ediblər – VİDEO

Rusiyanın paytaxtı Moskvada qarışıq döyüş sənəti (MMA) üzrə keçirilən “Hardkor” turnirində kütləvi dava baş verib. “Azad İran” “Telegram” kanalı xəbər verir ki, erməni döyüşçü Arkadi Osipyan və iranlı idmançı Əli Heybəti arasında rinqdən kənarda baş verən dava kütləvi qarşıdurmaya çevrilib. Məlumata görə, Əli Heybəti “ring girl”a təpik vurub. İranlı kütləvi davada iştirak etdiyi üçün cərimələnəcək […]

Dünya

Danimarkada hava limanında bomba həyəcanı – FOTO

Danimarkanın Billunn şəhərində yerləşən hava limanı bomba təhlükəsi elan ediləndən sonra boşaldılıb. Məlumatı Billunn şəhərinin polis idarəsi də təsdiq edib. Artıq hadisə ilə bağlı bir nəfər saxlanılıb. Qeyd olunub ki, hazırda Billunn şəhərinin hava limanı qapadılıb, hadisə ilə bağlı araşdırmalar davam edir. Mənbə: Reuters Xeberal.az

Dünya

Tavuş sakinlərinin bağladıqları Ermənistan-Gürcüstan yolu açılıb – VİDEO

Bu gün səhər saatlarından etibarən Tavuş sakinlərinin bağladıqları Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb. Qeyd olunub ki, etirazçıların bəziləri avtomobillərini yığışdırmağa razılaşıblar. Etirazçılara söz verilib ki, sabah Ermənistan hökumətinin baş nazirinin müavini Mqer Qriqoryan şəxsən onlarla görüşəcək. Mənbə: Sputnik Ermənistan Xeberal.az

Dünya

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində “Hizbullah” hərəkatının silahlı qanadının azı üç üzvü həlak olub. İsrailin endirdiyi zərbələr nəticəsində daha iki döyüşçünün yaralandığı bildirilir. Yerli mətbuatın verdiyi məlumata görə, xilasedicilər bombalanmış binanın dağıntılarını təmizləməyə davam edir və qurbanların sayının artacağı istisna edilmir. Hələlik Livan tərəfi hadisəyə reaksiya verməyib. Mənbə: Al Hadath Xeberal.az

Dünya

Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”

“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 2024-cü il aprelin 19-da keçirilən iclasında 30 ildir işğal altında olan dörd kəndin Azərbaycana qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunan razılaşmanı alqışlayırıq”. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılaşma ilə […]

Dünya

Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq – FOTO

Bu həftəsonu Lirida adlı “ulduz yağışı” (meteor yağışı) yaz mövsümündə pik həddinə çatacaq. Aprelin 14-dən başlayan Lirida “ulduz yağışı” aprelin 30-dək davam edəcək, lakin bir neçə gecə onu tam şəkildə müşahidə etmək olacaq. Alimlərin fikrincə, Lirida yağışı C/1861 G1 Tetçer kometasındən əmələ gəlir. İlk dəfə eramızdan əvvəl 687-ci ildə Çində aşkar olunan bu ulduz yağışı ən […]

Dünya

Mahmud əl-Həmzə: “Azərbaycan güclü dövlət olduğunu artıq sübut edib”

Yaxın Şərqdə vəziyyət İran İslam Respublikasının İsraillə açıq qarşıdurmaya getməsindən sonra daha da gərginləşdi. İsrailin Dəməşqdəki (Suriya) diplomatik məhəlləni raketlərlə vuraraq SEPAH zabitlərini öldürməsinin cavabında aprelin 14-də İran İsrailə dron və raketlərlə hücum etdi. Bundan beş gün sonra isə İsrail İrandakı hərbi obyektlərə zərbə endirdi. Qeyd etmək lazımdır ki, İsrailin dünənki cavabı İranın nəticəsiz, amma […]

Dünya

Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər

“Aİ Gürcüstanın ittifaqa daxil olmasına hələ hazır deyil, lakin belə bir zaman yetişərsə, respublika hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa biləcək”. Bunu hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının sədri, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili deyib. “Əgər bizə desələr ki, sabah biz Avropa İttifaqına üzv olacağıq, o zaman (xarici agentlər haqqında qanunu – […]

Dünya

Moskva ətrafında azərbaycanlı iş adamı qətlə yetirilib

Moskva ətrafında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan “Yunis” adlı mağazaya yaxın parklanma yerində öldürülüb. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilindən çıxan kimi ona atəş açılıb. Hadisə iş adamının həyat yoldaşının gözü qarşısında baş verib. Əhmədovun […]