Dünya

Putin: “Rusiya nüvə müharibəsinə hazırdır”

Rusiya Prezidenti Vladimir Putin ölkənin hərbi-texniki baxımdan nüvə müharibəsinə hazır olduğunu bəyan edib. Bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Söhbət Rusiya dövlətinin mövcudluğundan, suverenliyimizə və müstəqilliyimizə xələl gətirməkdən gedirsə, biz (nüvə) silahdan istifadə etməyə hazırıq”, – deyə Putin vurğulayıb. Mənbə: osnmedia.ru Xeberal.az

Dünya

“Barselona” Çempionlar Liqasının tarixinə düşüb

İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasının tarixinə düşüb. Kataloniya təmsilçisi buna evdə “Napoli”yə 3:1 hesabı ilə qalib gəldikləri 1/8 final mərhələsinin cavab oyununda nail olub. Hazırkı ölkə çempionu qarşılaşmanın ilk dəqiqələrində 16 yaşlı Lamin Yamal və 17 yaşlı Pau Kubarsi star heyətində meydana buraxıb. Turnir tarixində heç bir klub indiyədək 18 yaşına çatmamış birdən çox […]

Dünya

Çempionlar Liqası: 1/8 final mərhələsinə bu gün keçiriləcək iki oyunla yekun vurulacaq

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq. Oxu.Az-ın məlumatına görə, bu gün mərhələnin son iki cavab oyunu keçiriləcək. İtaliya A Seriyasının lideri “İnter” İspaniyada “Atletiko”nun qonağı olacaq. İlk görüşdə 1:0 hesablı qələbə qazanan milanlılar bu üstünlüyü səfərdə qorumağa çalışacaqlar. Digər cütdə Almaniya “Borussiya”sı Dortmundda Niderland təmsilçisi PSV-ni qəbul edəcək. Qeyd edək ki, […]

Dünya

Tramp prezident olmaq üçün respublikaçılardan tam dəstək alıb

ABŞ-nin keçmiş prezidenti Donald Tramp prezidentliyə namizəd olmaq üçün Respublikaçılar Partiyası üzvlərinin tam dəstəyini qazanmaqdadır.   Bu barədə Birləşmiş Ştatlar mətbuatında dərc edilən məlumatda qeyd olunur. Belə ki, D.Tramp Vaşinqton, Corciya və Missisipi ştatlarında keçirilən ilkin seçkilərdə qalib gəlib və indiyədək ona 1 219 nümayəndə dəstəyini ifadə edib. Halbuki, qaydalara görə, Respublikaçılar Partiyasından namizəd olmaq üçün 1 215 […]

Dünya

İranda çərşənbə mərasimlərində minlərlə insan xəsarət alıb: Ölənlər var – FOTO/VİDEO

İranda Novruz çərşənbələri ilə bağlı keçirilən mərasimlərdə azı 14 nəfər ölüb, 3 253 nəfər xəsarət alıb. Qeyd olunur ki, xəsarət alanlardan 463 nəfərin vəziyyəti daha ağır olduğundan onlar xəstəxanalara yerləşdirilib. O da bildirilib ki, xəsarət alan 189 nəfərin əzaları amputasiya edilib. Mənbə: Mehr News Xeberal.az

Dünya

Litvada Rusiya nömrəli ilk avtomobil müsadirə edildi: Minlərlə avroluq maşın Ukraynaya veriləcək – FOTO

Litva gömrükçüləri ilk dəfə olaraq ölkə ərazisində Rusiya dövlət nömrə nişanlı avtomobili müsadirə ediblər. Bu barədə Litva Kriminal Gömrük Xidmətinin sosial şəbəkə hesabında məlumat verilib. Məlumata görə, Moldova vətəndaşı Rusiya dövlət nömrə nişanlı “Audi Q7” avtomobili ilə “Medininkay” keçid məntəqəsinə gəlib və buradan Belarusa keçmək istəyib. O, avtomobildə tək olub. Lakin sürücünün təqdim etdiyi sənədlər […]

Dünya

Rio-de-Janeyro avtovağzalında sərnişinlər girov götürülüb – VİDEO

Rio-de-Janeyrodakı avtovağzalda azı 20 nəfər girov saxlanılır. İlkin məlumatlara görə, bir nəfər ölkənin cənub-şərqindəki Belo Horizonte şəhərinə gedən avtobusda sərnişinləri girov götürüb. Həmçinin iki nəfərin güllə yarası aldığı bildirilir. Avtovağzal mühasirəyə alınıb. “Adam silahını çıxarıb, atəş açmağa başlayıb və avtobusa daxil olub. Bu avtobusda iki dostum var. Bundan sonra nə olacağını bilmirik”, – hadisə şahidlərindən […]

Dünya

Ərdoğan 12 ildən sonra İraqa səfər edəcək

Türkiyə Xarici İşlər Nazirliyi İraq tərəfi ilə Prezident Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə gözlənilən səfərini müzakirə edir. Bu barədə jurnalistlərə Bağdadda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Ahmed Yıldız məlumat verib. “İraq Xarici İşlər Nazirliyində həmkarlarımızla görüşlər keçirəcək, ikitərəfli əlaqələri müzakirə edəcəyik. Xarici işlər nazirlərinin yaxın gələcəkdə baş tutacaq görüşünə, eləcə də prezidentimizin İraqa […]

Dünya

Almaniya ordusunda silah, texnika və şəxsi heyət çatışmır

Bundesverdə şəxsi heyət və hərbi texnika çatışmazlığı ilə bağlı narahatlıq ifadə olunub. Resurs çatışmazlığı xüsusilə Almaniyanın Ukraynaya dəstəyi fonunda hiss olunur. Bu barədə Almaniya parlamentinin müdafiə məsələləri üzrə komissarı Eva Heql məlumat verib. “Təəssüf ki, Bundesverdə sursat, ehtiyat hissələri, rabitə vasitələri, tanklar, gəmilər və təyyarələrin çatışmazlığı var. Hərbi texnika ilə bağlı problemlərlə yanaşı, orduda kadr […]

Dünya

“TikTok”dan “Instagram”a rəqib gəlir

“Instagram” qısa video seqmentində “TikTok” ilə rəqabət aparmağa çalışır, lakin ABŞ sosial şəbəkəsinin ən populyar funksiyası lentdə və yalnız 24 saat ərzində mövcud olan məzmunlu hekayələr bölməsində fotoşəkillərin dərci olaraq qalır. İndi “TikTok” həmçinin “Instagram”ın foto lenti ilə rəqabət aparacaq öz tətbiqi üzərində işləyir. “TikTok” tətbiqinin ən son versiyasında yeni “TikTok Photos” proqramına çoxlu keçidlər […]