Dünya

Avstriya bu ölkələrdən gələn şəxslərə 10 günlük karantini ləğv edir

Avstriya hökuməti mayın 19-dan etibarən Avropa İttifaqının əksər ölkələrindən və bir sıra üçüncü ölkələrdən gələnlər üçün məcburi koronavirus karantinasını ləğv edəcək. “XəbərAl.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, imzalanmış yeni qərar iyunun 30-dək şərti olaraq qəbul edilib. Belə ki, Səhiyyə Nazirliyinin əmrinə əsasən karantinə alınmayacaq şəxslər peyvənd sertifikatına sahib olmalıdır. Yeni qaydaya əsasən, turizm məqsədilə […]

Dünya

BMT İsrail və Fələstinə çağırış etdi

BMT İsrail və Fələstini “mənasız qan tökülməsi, terror və dağıntıya” son verməyə və iki dövləti münaqişənin həlli üçün müzakirələrə qayıtmağa çağırıb. “XəbərAl.az” xəbər verir ki, bu fikirləri bu gün BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail arasında getdikcə gərginləşən vəziyyəti müzakirə etmək üçün keçirilən üçüncü iclasında çıxış edən BMT-nin baş katibi Antonio Quterreş səsləndirib. “Qəzza və […]

Dünya

İsrail hərbçiləri sərhədi pozan fələstinlilərə xəbərdarlıq atəşi açdı

İsrail ordusunun hərbçiləri Cənubi Livandan sərhədi pozaraq İsrail ərazisinə daxil olan fələstinlilərə bir neçə xəbərdarlıq atəşi açıb. “XəbərAl.az” “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, fələstinlilər sərhədə Tir şəhəri yaxınlığındakı qaçqın düşərgəsindən üz tutublar. Telekanalın məlumatına görə, sərhəd pozucuları Livan ərazisinə qayıdıb və sərhəddə sakitlik bərpa edilib.

Dünya

Bu ölkələr hələ də vaksin ala bilmir

Zəngin ölkələrin koronavirusa qarşı vaksin ehtiyatları olsa da, yoxsul ölkələrin bir çoxu hələ də öz vətəndaşlarını immunlaşdırma kampaniyasına başlaya bilmirlər. “XəbərAl.az” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı əksəriyyəti Afrika qitəsində yerləşən ondan çox ölkənin hələ də COVID-19 virusuna qarşı vaksinləri gözlədiyini bəyan edib. Çad, Burkina Faso, Burundi, Eritreya və Tanzaniya vaksin almaq üçün növbə gözləyir. […]

Dünya

BMT Təhlükəsizlik Şurası İsrail-Fələstin münaqişəsini müzakirə edəcək

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, 16 mayda Fələstin-İsrail qarşıdurma zonasında gərginliyin artmasını müzakirə etmək üçün açıq iclas keçirəcək. XəbərAl.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki elçisi Linda Tomas-Qrinfild özünün tvitter hesabında yazıb. “BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağındakı vəziyyəti bazar günü müzakirə etmək üçün toplanacaq”,deyə, o bildirib. İclas açıq formatda keçiriləcək və saat 10:00-da (Bakı […]

Dünya

Putin müsəlmanları təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin müsəlmanları təbrik edib. “XəbərAl.az” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Rusiya lideri müsəlman cəmiyyətlərin ölkə həyatına töhfələrindən söz açıb. “Müqəddəs Ramazan ayı başa çatdı. Rusiyadakı müsəlmanlar uzun müddətdir gözlədikləri bu bayramı xoşbəxtliklə qarşılayırlar. Ramazan bayramı əsrlərdir yaxşı işlər görmək, möhtac olanlara kömək göstərməklə qeyd olunur. Rusiyadakı müsəlmanlar ata-babalarının adət-ənənələrini […]

Dünya

Xərçəngin yayılmasının qarşısını alan maddə tapıldı

Avokadolarda leykoz (qan xərçəngi) xəstəliyi zamanı xərçəng hüceyrələrinin yayılmasına səbəb olan fermenti məhv edən maddə aşkarlanıb. XəbərAl.az xəbər verir ki, yeni maddə ABŞ və Kanada alimlərinin birgə tədqiqatları zamanı tapılıb. Belə ki, leykoz hüceyrələri maddələr mübadiləsində iştirak edən çox miqdarda “VLCAD” fermentini ehtiva edir. Alimlər isə bu fermenti məhv edə biləcək maddənin axtarışında idilər. Çünki, xərçəng […]

Dünya

Lavrovla Çavuşoğlu Qarabağı müzakirə etdilər

Rusiya xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. “XəbərAl.az” xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. “Nazirlər Dağlıq Qarabağ ətrafında vəziyyətin sabitləşməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğuladılar”, – deyə Rusya XİN-in məlumatında deyilir. XəbərAl.az

Dünya

Tacikistan-Qırğızıstan sərhədindəki münaqişədə ölənlərin sayı artdı

Tacikistan-Qırğızıstan sərhədində silahlı münaqişə nəticəsində həlak olanların sayı 55-ə çatıb. “XəbərAl.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi bildirib. Məlumata görə, münaqişə nəticəsində 36 Qırğızıstan vətəndaşı, o cümlədən 3 hərbçi həlak olub, daha 183 nəfər xəsarət alıb. Eyni zamanda, Tacikistan KİV-i 19 ölkə vətəndaşının öldüyünü, 88 nəfərin xəsarət aldığını bildirib. Ölənlərdən […]

Dünya

G7 ölkələri Rusiyaya qarşı birgə bəyanat yaydı

İngiltərənin paytaxtı Londonda bir araya gələn G7 xarici işlər nazirləri Rusiyaya qarşı birgə bəyanat yayıblar. “XəbərAl.az” xarici KİV-ə istinadən xəbər verir ki, bəyanatda Rusiyanın beynəlxalq siyasəti “qeyri-qanuni və mənfi” olaraq dəyərləndirilib. Rusiyanın “məsuliyyətsiz və sabitliyə zərər vuran” davranışından dərin narahatlıq duyduqlarını ifadə edən nazirlər Kremldən gələn təhdidə qarşı çıxmağı hədəfləyən cəhdləri dəstəkləməyə söz veriblər. “Ukrayna […]