Dünya

BMT Təhlükəsizlik Şurası İsrail-Fələstin münaqişəsini müzakirə edəcək

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, 16 mayda Fələstin-İsrail qarşıdurma zonasında gərginliyin artmasını müzakirə etmək üçün açıq iclas keçirəcək. XəbərAl.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki elçisi Linda Tomas-Qrinfild özünün tvitter hesabında yazıb. “BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağındakı vəziyyəti bazar günü müzakirə etmək üçün toplanacaq”,deyə, o bildirib. İclas açıq formatda keçiriləcək və saat 10:00-da (Bakı […]

Dünya

Putin müsəlmanları təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin müsəlmanları təbrik edib. “XəbərAl.az” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Rusiya lideri müsəlman cəmiyyətlərin ölkə həyatına töhfələrindən söz açıb. “Müqəddəs Ramazan ayı başa çatdı. Rusiyadakı müsəlmanlar uzun müddətdir gözlədikləri bu bayramı xoşbəxtliklə qarşılayırlar. Ramazan bayramı əsrlərdir yaxşı işlər görmək, möhtac olanlara kömək göstərməklə qeyd olunur. Rusiyadakı müsəlmanlar ata-babalarının adət-ənənələrini […]

Dünya

Xərçəngin yayılmasının qarşısını alan maddə tapıldı

Avokadolarda leykoz (qan xərçəngi) xəstəliyi zamanı xərçəng hüceyrələrinin yayılmasına səbəb olan fermenti məhv edən maddə aşkarlanıb. XəbərAl.az xəbər verir ki, yeni maddə ABŞ və Kanada alimlərinin birgə tədqiqatları zamanı tapılıb. Belə ki, leykoz hüceyrələri maddələr mübadiləsində iştirak edən çox miqdarda “VLCAD” fermentini ehtiva edir. Alimlər isə bu fermenti məhv edə biləcək maddənin axtarışında idilər. Çünki, xərçəng […]

Dünya

Lavrovla Çavuşoğlu Qarabağı müzakirə etdilər

Rusiya xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. “XəbərAl.az” xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. “Nazirlər Dağlıq Qarabağ ətrafında vəziyyətin sabitləşməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğuladılar”, – deyə Rusya XİN-in məlumatında deyilir. XəbərAl.az

Dünya

Tacikistan-Qırğızıstan sərhədindəki münaqişədə ölənlərin sayı artdı

Tacikistan-Qırğızıstan sərhədində silahlı münaqişə nəticəsində həlak olanların sayı 55-ə çatıb. “XəbərAl.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi bildirib. Məlumata görə, münaqişə nəticəsində 36 Qırğızıstan vətəndaşı, o cümlədən 3 hərbçi həlak olub, daha 183 nəfər xəsarət alıb. Eyni zamanda, Tacikistan KİV-i 19 ölkə vətəndaşının öldüyünü, 88 nəfərin xəsarət aldığını bildirib. Ölənlərdən […]

Dünya

G7 ölkələri Rusiyaya qarşı birgə bəyanat yaydı

İngiltərənin paytaxtı Londonda bir araya gələn G7 xarici işlər nazirləri Rusiyaya qarşı birgə bəyanat yayıblar. “XəbərAl.az” xarici KİV-ə istinadən xəbər verir ki, bəyanatda Rusiyanın beynəlxalq siyasəti “qeyri-qanuni və mənfi” olaraq dəyərləndirilib. Rusiyanın “məsuliyyətsiz və sabitliyə zərər vuran” davranışından dərin narahatlıq duyduqlarını ifadə edən nazirlər Kremldən gələn təhdidə qarşı çıxmağı hədəfləyən cəhdləri dəstəkləməyə söz veriblər. “Ukrayna […]

Dünya

Türkiyə və Rusiya birgə vaksin istehsal edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığında “Sputnik V” vaksininin tədarükü məsələsi də gündəmdə olub. “XəbərAl.az” Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Türkiyə-Rusiya əlaqələrini inkişaf etdirəcək addımlar, COVID-19-la mübarizədə əməkdaşlıq və regional məsələlər müzakirə olunub. Ərdoğan aparılan vaksinasiya çərçivəsində Rusiyadan Türkiyəyə göndəriləcək “Sputnik […]

Dünya

Ərdoğanla Putin telefonla danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub. “XəbərAl.az” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Dövlət başçıları telefon danışığı zamanı Azərbaycanın Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti barədə də fikir mübadiləsi aparıblar. Bundan başqa, telefon danışığı zamanı Qarabağdakı mövcud vəziyyət də müzakirə olunub. […]

Dünya

Bill Qeyts boşanır – FOTO

“Microsoft”un qurucusu Bill Qeyts və arvadı Melinda Qeyts boşanmaq qərarına gəliblər. “XəbərAl.az” xəbər verir ki, bu barədə Bill Qeyts tvitter hesabında paylaşım edib. Cütlüyün adından yayımlanan postda “evliliyi bitirmə qərarı” aldıqları bildirilib. 27 ildir evli olan cütlüyün üç övladı var. Cütlüyün “Bill&Melinda Gates” Fondu 45 milyard dollar dəyərə malikdir. XəbərAl.az

Dünya

Rusiyanın daha bir şəhərinə uçuşlar başlayır

“Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiyanın daha bir şəhərinə – Mineralnıye Vodıya – aviabilet satışına başlayır. AZAL-dan verilən məlumata görə, Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə xüsusi reyslər mayın 30-dan etibarən həftədə bir dəfə, bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından əldə etmək mümkündür. Hazırda “AZAL” Rusiyanın paytaxtı Moskva şəhərinə də xüsusi reyslər həyata keçirir. XəbərAl.az