Dünya

Promes Bakıdakı oyunu buraxa bilər – SƏBƏB

Vəkil İqor Buşmanov “Spartak”ın futbolçusu Kvinsi Promesə İrlandiya ilə ekstradisiya müqaviləsi olan ölkələrə səfər etməməsi barədə xəbərdarlıq edib. “Təxribat xarakterli hərəkətlərin və həbslə bağlı mümkün neqativ halların qarşısını almaq üçün Promesin İrlandiya ilə cinayət işlərində qarşılıqlı yardım və axtarışda olan şəxslərin ekstradisiyası haqqında sazişi olan heç bir ölkəyə getməməsi məsləhət görülür. Bu, onun saxlanması və […]

Dünya

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub. Bu barədə “Fobos” hava mərkəzi məlumat yayıb. “Model proqnozları bu gün maqnit qasırğalarının inkişafını gözləmirdi, buna əsaslanaraq güman etmək olar ki, başlayan maqnit qasırğası daha da güclənməyəcək və tezliklə dayanacaq”, – deyə sinoptiklər bildiriblər. Qeyd olunub ki, güclü maqnit qasırğaları zamanı insanlar baş ağrıları, zəiflik, təzyiqin […]

Dünya

Ermənistanda hərbçi yoldaşını güllələyərək öldürən şəxs saxlanıldı

Erməni hərbçi Avak Zakaryanı güllələyərək öldürən həmkarı saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, fevralın 24-ü axşam saatlarında iki hərbçi arasında cəbhə xəttində səngərdə olarkən dava düşüb. Hadisə zamanı S.P. “Kalaşnikov” avtomatından Zakaryana bir dəfə atəş açıb. Zakaryan aldığı yaradan xəstəxanaya aparılarkən yolda vəfat edib. S.P. məhkəmənin qərarı ilə həbs olunub. Mənbə: Erməni KİV Xeberal.az

Dünya

Norveç kralı Malayziyada virusa yoluxub

Norveç kralı V Harald Malayziyada tətildə olarkən infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Bu barədə Norveç mətbuatı kral ailəsinin nümayəndələrinə istinadən məlumat yayıb. Bildirilib ki, 87 yaşlı monarxa həm yerli, həm də norveçli mütəxəssislər tərəfindən bütün lazımi yardımlar göstərilir. Xeberal.az

Dünya

Azərbaycan atıcıları Avropa çempionatında daha bir medal qazanıblar – FOTO

Azərbaycan Macarıstanın Dyör şəhərində keçirilən atıcılıq üzrə Avropa çempionatında daha bir medal qazanıb. Oxu.Az xəbər verir ki, Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qarayevdən ibarət kollektiv oğlanlar arasında keçirilən komanda yarışlarında bürünc mükafata sahib çıxıb. Yığma 10 metr məsafəyə güllə atma yarışında fəxri kürsüyə qalxıb. Qeyd edək ki, daha əvvəl Leyli Əliyeva və Vladislav Kalmıkov […]

Dünya

Güney Azərbaycanın mübariz ruhanisi – VİDEO

Son vaxtlar İran hakimiyyəti Güney Azərbaycan milli-mədəni fəallarına təzyiqlərini yenidən artırıb, onlarla fəal müxtəlif şəhərlərdə qondarma ittihamlarla həbs olunub. Bunlardan bir qismi sonradan iri məbləğdə girov müqabilində və ya digər vasitələrlə azadlığa çıxsa da, rejimin zindanlarında saxlananlar hələ də çoxdur. “Azad İran” “YouTube” kanalı mövzu ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, dinc metodlarla mənsub olduğu […]

Dünya

Avropa Parlamenti Ukraynaya 50 milyard avro yardım ayrılmasını təsdiqlədi

Avropa Parlamenti (AP) Strasburqda keçirilən plenar iclasda Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı ayırması barədə qərarı təsdiqləyib. Bu barədə AP-nin yaydığı məlumatda qeyd olunub. “Parlament çərşənbə axşamı Aİ-nin uzunmüddətli büdcəsinə yenidən baxılmasını təsdiqləyib. Buraya Ukraynaya 50 milyard avro vəsaitin ayrılması daxildir”, – deyə məlumatda bildirilib. Qərarın lehinə 536 deputat səs verib, 40 deputat əleyhinə çıxıb, […]

Dünya

Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır – RƏY + FOTO

“Ermənistan baş naziri Nikol Paşinyanın qərəzli açıqlamaları, Azərbaycanı guya müharibəyə hazırlaşmaqda ittiham etməsi Qərbin Cənubi Qafqazdakı çirkin maraqlarından xəbər verir. Proseslərin təhlili göstərir ki, Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır”. Bu fikirləri “Report”a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, buna dəlalət edən kifayət qədər faktlar var: “Faktlar sırasında Ermənistana siyasi və hərbi […]

Dünya

Yeni Kaledoniyada Fransanın müstəmləkəçilik siyasətinə qarşı növbəti etiraz aksiyası keçirilib – FOTO/VİDEO

Fevralın 27-də Yeni Kaledoniyanın paytaxtı Numeada, məhkəmə qarşısında Fransanın müstəmləkəçilik siyasətinə qarşı növbəti etiraz aksiyası keçirilib. APA xəbər verir ki, etirazçılar Fransa hakimiyyəti tərəfindən saxlanılmış fəalların azadlığa buraxılmasını tələb ediblər. Xatırladaq ki, 21 fevral tarixində Fransanın daxili işlər və dənizaşırı naziri Jerald Darmaninin Yeni Kaledoniyaya səfəri zamanı orada etiraz aksiyası keçirilib. Həmin aksiya zamanı Yeni […]

Dünya

Afinada sürücülər tətil elan ediblər

Yunanıstanın paytaxtı Afinada taksi sürücüləri SATA həmkarlar ittifaqının qərarı ilə ikigünlük tətil elan ediblər. Məlumata görə, ölkədə onlarla yanaşı, dəmiryol işçiləri və dövlət sektoru işçiləri kimi digər sektorların həmkarlar ittifaqları da tətil edəcəklər. Bildirilib ki, bu tətillərə səbəb taksi sürücülərinin ağır vergi yükünə məruz qalmalarıdır. İttifaq, xüsusilə, hökumətdən taksi xidmətləri üzrə ƏDV dərəcəsinin 13% səviyyəsində […]