Dünya

Avropa Parlamenti Ukraynaya 50 milyard avro yardım ayrılmasını təsdiqlədi

Sharing is caring!


Avropa Parlamenti (AP) Strasburqda keçirilən plenar iclasda Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı ayırması barədə qərarı təsdiqləyib.

Bu barədə AP-nin yaydığı məlumatda qeyd olunub.

“Parlament çərşənbə axşamı Aİ-nin uzunmüddətli büdcəsinə yenidən baxılmasını təsdiqləyib. Buraya Ukraynaya 50 milyard avro vəsaitin ayrılması daxildir”, – deyə məlumatda bildirilib.

Qərarın lehinə 536 deputat səs verib, 40 deputat əleyhinə çıxıb, 39 deputat isə bitərəf qalıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir