Dünya

Afinada sürücülər tətil elan ediblər

Sharing is caring!


Yunanıstanın paytaxtı Afinada taksi sürücüləri SATA həmkarlar ittifaqının qərarı ilə ikigünlük tətil elan ediblər.

Məlumata görə, ölkədə onlarla yanaşı, dəmiryol işçiləri və dövlət sektoru işçiləri kimi digər sektorların həmkarlar ittifaqları da tətil edəcəklər.

Bildirilib ki, bu tətillərə səbəb taksi sürücülərinin ağır vergi yükünə məruz qalmalarıdır.

İttifaq, xüsusilə, hökumətdən taksi xidmətləri üzrə ƏDV dərəcəsinin 13% səviyyəsində saxlanmasını, 2026-cı ildən etibarən yalnız sıfır tullantılı yeni taksilərin qeydiyyata alınmasının öhdəliyi barədə qərarın ləğvini tələb edir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir