Dünya

Tehran universitetində tələbə qızlar Ramazan ayı ilə bağlı qadağaya etiraz etdilər – VİDEO

Sharing is caring!


Tehranın Şəhid Çamran Universitetinin qızlar yataqxanasında tələbələr universitetin rektoru Məhəmməd Əli Axundun Ramazan ayı bəhanəsi ilə dərslərin onlayn keçirilməsi və yataqxananın boşaldılması ilə bağlı göstərişinə etiraz ediblər.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, qərara qarşı etiraz aksiyası keçirən tələbələr şüarlar səsləndiriblər:

“Biz sizin tamaşa etməyinizi istəmirik, bizə qoşulun!”, “Onlayn təhsil istəmirik, istəmirik!”, “Tələbə qışqır, haqqını alanadək fəryad et!”

Qeyd olunub ki, tələbələr universitetin bu qərarını qızlara qarşı ayrı-seçkilik hesab ediblər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir