Dünya

Gürcüstanda təbii fəlakət nəticəsində ölənlərin sayı artdı

Gürcüstanda xilasedicilər dağlıq Raça bölgəsindəki Şovi kurortunda torpaq sürüşməsi nəticəsində həlak olan daha dörd nəfərin cəsədini tapıblar. Ölkənin infrastruktur və regional inkişaf naziri İrakli Karseladze bildirib ki, təbii fəlakət qurbanlarının ümumi sayı 24 nəfərə çatıb. “Bu gün üç cəsəd və bir cəsəd parçası tapılıb. Yeni rəqəmlər ölənlərin ümumi sayının 24 olduğunu, daha 9 cəsədin axtarıldığını […]

Dünya

44 ildən sonra qadınlar Tehran yaxınlığındakı stadiona gediblər – FOTO

İranda 44 ildən sonra qadınlar Tehranın kənarındakı stadiona gediblər. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Dünən Tehranın “Azadi” stadionunda “Persepolis” və Ərakın “Aluminium” futbol komandaları arasında keçirilən qarşılaşma tamaşaçısız keçirildiyi halda, sözügedən komanda ilə Xuzistanın “Folad” komandası arasında yarışı izləmək üçün qadınlar Gül Gohər Sircan stadionuna gediblər. Qeyd edək ki, qadınların Tehran yaxınlığındakı […]

Dünya

Ronaldu Səudiyyə Ərəbistanında həbs oluna bilər – VİDEO

“Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanında həbs oluna bilər. 38 yaşlı hücumçu Ərəb Çempionlar Kubokunun yarımfinalında İraqın “Əl-Şorta” klubuna 1:0 hesabı ilə qalib gəldikləri matç zamanı qol sevincinə görə problemlə üzləşib. Portuqaliyalı forvard penaltidən fərqləndikdən sonra xaç çəkib. Səudiyyə Ərəbistanında xristian inancı ilə bağlı jestlərin açıq nümayişi cinayət sayılır. Bununla belə, Ronaldunun həbs olunma ehtimalının az […]

Dünya

Ermənistanda hərbçi “dedovşina” nəticəsində ölüb

Ermənistanda hərbi qulluqçunun ölümü ilə bağlı iki hərbçi saxlanılıb. Bu barədə ölkənin İstintaq Komitəsindən bildirilib. Qeyd olunub ki, əsgər Jora Karapetyanı intihara sürükləməkdə şübhəli bilinən iki hərbçi yoldaşı saxlanılıb. İstintaqın ilkin məlumatlarına görə, Jora Karapetyana qarşı hərbi nizamnamədən kənar davranışlara yol verilib. Xatırladaq ki, bu gün Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu […]

Dünya

Rusiya Ukraynaya kapitulyasiya təklif etdi – Xəbərlərin 17:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Ermənistan ordusunda müəmmalı olay. Əsgər naməlum şəraitdə güllə yarasından öldü. Rusiya Ukraynaya kapitulyasiya təklif etdi. Rəsmi Kiyevin cavabı necə oldu? Nənə iki yaşlı nəvəsinə işgəncə verdi. Daxili İşlər Nazirliyi hərəkətə keçdi. Daha ətraflı BAKU NEWS-un 17:00 buraxılışında: Xeberal.az

Dünya

Afrikada müharibə təhlükəsi: Fransanın qitədə qalması üçün son şansı – ŞƏRH + FOTO

Afrikada təbii qaz, neft, uran və başqa təbii sərvətlər olan ölkələrə nəzarət etmək böyük güclərin ənənəvi hədəflərdir. Mövqelərin itiriləcəyindən ehtiyat edənlər Nigerə hərbi müdaxiləni istisna etmirlər. Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) Nigeriyanın paytaxtı Abucada fövqəladə iclası olub. Toplantıda Nigerdə hakimiyyəti ələ keçirmiş hərbçilərə qarşı atılacaq addımlar müzakirə olunub. ECOWAS Komissiyasının sədri Ömər Aliu Tureyin sözlərinə […]

Dünya

Fransa öz hərbçilərini Nigerdən çıxarır

Fransa Nigerdə olan azsaylı hərbi bölmələrini Çada köçürəcək. Bu barədə Fransa mətbuatı xəbər verib. Qeyd olunur ki, Nigerdə ​​qiyam edən hərbçilər Fransa tərəfinin diqqətinə çatdırıblar ki, onların bu ölkədə olan əmlakına təminat verə bilməzlər.  Məlumatda həmçinin bildirilir ki, Fransanın məhdud kontingentinin komandiri, general Erik Ozan Niger Silahlı Qüvvələrinin yeni qərargah rəisinə müraciət ünvanlayıb və ölkənin şimalında […]

Dünya

Zelenski bütün regional hərbi komissarları işdən çıxardı – VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra ölkənin bütün regional hərbi komissiyalarının buraxılması barədə qərar qəbul etdiyini bildirib. “Bu sistemi müharibənin nə olduğunu, həmçinin müharibə zamanı abırsızlıq və rüşvətin niyə xəyanət olduğunu bilən insanlar idarə etməlidirlər”, – deyə prezident bildirib. O, hərbi komissarlıqlara nəzarətin əzalarını itirdiklərinə və ya […]

Dünya

Neymar PSJ-ni tərk edəndən sonra hara gedəcək? – Təkliflər arasında Ərəbistan da var

Neymar Fransanın PSJ klubunu tərk edəcək. Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər yolları ayırmaq üçün danışıqları davam etdirirlər. Onlar tezliklə məsələni yoluna qoymağa çalışırlar. Neymar getməkdə, PSJ onu satmaqda qərarlıdır. 31 yaşlı futbolçuya Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan və ABŞ-dən təkliflər var. Onun “Barselona”ya qayıdışı da variantlar sırasındadır. “Diario AS” isə yazır ki, PSJ Neymar […]

Dünya

Ebeko vulkanı 3,5 kilometr yüksəkliyə kül püskürdü

Vulkanoloqlar Böyük Kuril silsiləsində (Saxalin vilayəti) Paramuşir adasındakı Ebeko vulkanında hündürlüyü 3,5 km olan kül dumanı qeydə alıblar. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin Mətbuat Xidməti xəbər yayıb. Məlumata görə, şleyf cənuba doğru beş km-ə qədər məsafəyə yayılıb. Mənbə: TASS Xeberal.az