Dünya

Zelenski bütün regional hərbi komissarları işdən çıxardı – VİDEO

Sharing is caring!


Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra ölkənin bütün regional hərbi komissiyalarının buraxılması barədə qərar qəbul etdiyini bildirib.

“Bu sistemi müharibənin nə olduğunu, həmçinin müharibə zamanı abırsızlıq və rüşvətin niyə xəyanət olduğunu bilən insanlar idarə etməlidirlər”, – deyə prezident bildirib.

O, hərbi komissarlıqlara nəzarətin əzalarını itirdiklərinə və ya səhhətlərində yaranan digər problemlərə görə artıq xidməti davam etdirə bilməyən, döyüş əməliyyatlarından keçmiş hərbi qulluqçulara verilməsini təklif edib.

Mənbə: RBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir