Dünya

Rusiyanın su altında qalan şəhərində təhlükə: Ölümcül xəstəliklər yayıla bilər

Rusiyada suayırıcı dambanın uçması nəticəsində su altında qalan Orsk şəhərində vəba, dizenteriya və salmonellyoz epidemiyası baş qaldıra bilər. Bu barədə Rusiya Dövlət Təhsil Universitetinin tibb fakültəsinin müəllimi, cərrah Aleksandr Umnov NEWS.ru-ya müsahibəsində bildirib. “Daşqın səbəbindən fekal-oral yolla ötürülən və əksər hallarda mədə-bağırsaq traktı orqanlarına təsir edən xəstəliklərin yayılması mümkündür. Məsələn, vəba, dizenteriya, salmonellyoz, rotavirus infeksiyası. […]

Dünya

“Haber Global” Makronun anti-Azərbaycan planı barədə – VİDEO

Türkiyənin “Haber Global” telekanalında Qərbin Cənubi Qafqazdakı destruktiv fəaliyyəti barədə müzakirələr aparılıb. Ekspertlərin iştirakı ilə keçirilən diskussiyalarda Fransa prezidenti Emmanuel Makronun Azərbaycana qarşı müəyyən planlara malik olduğu və öz məkrli niyyətlərini həyata keçirmək üçün Ermənistandan istifadə etməyi düşündüyü bildirilib. Qeyd olunub ki, Makron öz anti-Azərbaycan səylərində heç də yalnız deyil. Belə ki, ona mərkəzi Avropa […]

Dünya

Azərbaycanın narahatlığına baxmayaraq, ABŞ Brüssel görüşünün keçirilməsində israrlıdır – ŞƏRH

Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Antoni Blinkenin Prezident İlham Əliyevə zəng edərək mövqelərini izah […]

Dünya

Peskovdan Zelenskinin açıqlamalarına REAKSİYA: “Bu doğru deyil”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Life.ru” ilə söhbətində Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın vaxtlarda Rusiya Federasiyasında səfərbərliyin olacağı ilə bağlı bəyanatını təkzib edib. Kremlin sözçüsü bunu həqiqətə uyğun olmayan ifadələr adlandırıb. Peskov müvafiq sualı “Bu doğru deyil”, – deyərək cavablandırıb. Xatırladaq ki, daha əvvəl Zelenski Rusiya hakimiyyətinin iyunun əvvəlinə qədər 300 min insanı səfərbər […]

Dünya

Gürcüstan Konstitusiyasında dəyişikliklər edilə bilər

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının deputatları Konstitusiyaya düzəlişlər təşəbbüsü ilə çıxış ediblər. Onlar parlamentə LGBT təbliğatının qadağan olunmasını nəzərdə tutan konstitusiya qanunu layihəsini göndəriblər. Qanunverici orqanın saytında dərc edilən dəyişikliklərə əsasən, Gürcüstan Konstitusiyasında ailə dəyərlərinin qorunması, nikahın yalnız ən azı 18 yaşında olan bir kişi və bir qadının birliyi kimi qəbul edilməsi nəzərdə […]

Dünya

“Trabzonspor” Türkiyə Futbol Federasiyasının qərarına kəskin etiraz etdi – FOTO

Türkiyənin “Trabzonspor” klubunun rəhbərliyi Türkiyə Futbol Federasiyasının (TFF) qalmaqallı “Trabzonspor” – “Fənərbağça” oyunu ilə bağlı çıxardığı qərara kəskin etirazını bildirib. Bununla əlaqədar Anadolu klubunun rəsmi “X” səhifəsində edilən paylaşımda “Ədalətiniz batsın! İstefa verib, kürsünüzdən düşün” cümləsi yazılıb. Öz növbəsində “Trabzonspor” klubunun azarkeşləri də Türkiyə Futbol Federasiyasının çıxardığı qərara etiraz ediblər. Onlar hesab edirlər ki, TFF […]

Dünya

Vyetnam prezidenti istefa verib

Vyetnam Prezidenti Vo Van Txıonq istefa verib. Onun istefa səbəbi Vyetnam Kommunist Partiyasının nizamnaməsini dəfələrlə pozması və bunun da ictimaiyyət tərəfindən mənfi reaksiya doğurması ilə əlaqələndirilir. Bildirilib ki, Vo Van Txıonqun istefa ərizəsini Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi qəbul edib. O, partiyanın siyasi bürosu və Mərkəzi Komitənin daimi üzvlüyündən də azad edilib. Partiyanın qərarını Vyetnamın birmandatlı […]

Dünya

“Fənərbağça”lı futbolçulara hücum edənlər məhkəməyə çıxarıldılar – VİDEO

“Trabzonspor”un “Fənərbağça”ya 3:2 hesablı məğlubiyyətindən sonra tribunadan atılaraq meydana daxil olan azarkeşlər məhkəmə binasına aparılıblar. “Fənərbağça”nın futbolçularına hücum edən 12 azarkeşdən yeddisi saxlanılma prosedurlarından sonra məhkəməyə çıxarılıb. Xatırladaq ki, martın 17-də baş tutan “Trabzonspor” – “Fənərbağça” qarşılaşmasından sonra meydanda böyük qalmaqal yaşanıb. “Trabzonspor”un tərəfdarları meydana atılaraq “Fənərbağça” oyunçularına və baş məşqçisinə hücum edib və zərbələr […]

Dünya

İstanbulda dəhşət: Su satan şəxs illərlə məhəllədəki uşaqlara təcavüz edib

İstanbulda su satışı ilə məşğul olan Metin Şenayın illərlə məhəllə uşaqlarına təcavüz etdiyi və zorlama anlarını iş yerində tikdirdiyi gizli otaqda lentə aldığı məlum olub. Hadisə 12 yaşlı M.Y.-nin dərsləri bitməsinə baxmayaraq evə qayıtmadığı üçün ailəsinin polisə şikayət etməsi ilə üzə çıxıb. Kamera qeydlərini araşdıran polis M.Y.-nin dərsdən sonra Şenayın maşınına mindiyini və iş yerinə […]

Dünya

Zaxarova: “Rusiya hökuməti Ermənistanda “Mir” kartlarının fəaliyyətini ilə bağlı məlumatları dəqiqləşdirir”

“Ermənistanda “Mir” ödəniş sisteminin kartlarının fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlar dəqiqləşdirmə tələb edir, hazırda bununla Rusiya hökuməti məşğul olur”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib: “Bu, əlavə aydınlaşdırma tələb edir ki, hazırda bizim departament, müvafiq şöbə və bütövlükdə bütün hökumət bununla məşğuldur”. Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın “Mir” ödəniş […]