Dünya

Azərbaycanın qadın boksçusu ispaniyalı rəqibinə qalib gəlib

Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ispaniyalı Mariana Soto Torresə qalib gəlib. Federasiyadan Oxu.Az-a verilən məlumata görə, 66 kq çəkidə mübarizə aparan boksçumuz 1/16 finalda rəqibini 5:0 hesabı ilə məğlub edib. Ardıcıl ikinci qələbəsini qazanan Şəhla Allahverdiyeva 1/8 final döyüşünə martın 9-da çıxacaq. Qeyd edək ki, […]

Dünya

Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur

Bu gün, martın 8-də səhər saatlarından etibarən günün sonuna qədər güclü maqnit qasırğası müşahidə olunur.  Mütəxəssislər qeyd edirlər ki, bununla əlaqədar meteohəssas insanlar əhval dəyişikliyi, baş ağrısı və zəiflik hiss edə bilərlər. Qeyd olunur ki, maqnit qasırğasının əsas zirvəsi günün birinci yarısında olub, axşama yaxın aktivlik səngiyəcək. Mənbə: “Creativestar” “Telegram” kanalı Xeberal.az

Dünya

Dünyanın ən varlı beş qadınını tanıyaq

Dünyanın ən varlı qadınları əyləncə, kosmetika və qida kimi müxtəlif sənaye sahələrində hökmranlıq edirlər. Statistik məlumata görə, ən varlı beş qadının əksəriyyəti (2024-cü ilin fevral ayına kimi) ABŞ-dandır. Onları sizə təqdim edirik: 5. Miriam Adelson Narkotik asılılığı ilə mübarizə aparan ABŞ və israilli həkim Miriam Adelsonun sərvəti 35,7 milyard dollardır. 2021-ci ildə əri Şeldon Adelson öldükdən […]

Dünya

Azərbaycan Premyer Liqasında XXVI turun təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında XXVI turun təyinatları açıqlanıb. Oxu.Az xəbər verir ki, AFFA Hakimlər Komitəsi martın 8-10-da keçiriləcək matçları idarə edəcək referiləri müəyyənləşdirib. Komitə bu dəfə oyunları Tural Qurbanov, Rəvan Həmzəzadə, İnqilab Məmmədov, Rəşad Əhmədov və Əliyar Ağayevə etibar edib. Azərbaycan Premyer Liqası XXVI tur 8 mart 19:00. “Səbail” – “Sumqayıt” Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Zöhrab Abbasov, […]

Dünya

ABŞ və Böyük Britaniya “Rusiyada terror” xəbərdarlığı edir – ŞƏRH

ABŞ-nin Rusiyadakı səfirliyi və Böyük Britaniyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Moskvada baş verə biləcək terror aktları barədə xəbərdarlıq edib. Təxminən eyni gündə Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada sinaqoqlara hücum hazırlamaqda şübhəli bilinən “İslam Dövləti” (İŞİD) terror qruplaşması üzvlərinin zərərsizləşdirdiyini elan edib. Bu hadisə və xəbərdarlıqlar Rusiyada prezident seçkisi öncəsi kəşfiyyat hazırlıqlarının qiymətləndirilməsinə əsas verir. […]

Dünya

Rusiya millisinin qapıçı məşqçisi: “Lunyov xaricdə oynayan ən yaxşı rusiyalı qapıçıdır”

Rusiya millisinin qapıçılarla işləyən əsas məşqçisi Vitali Kafanov Azərbaycan “Qarabağ”ın qapıçısı Andrey Lunyovu xaricdə oynayan ən yaxşı rusiyalı qapıçı adlandırıb. Vitali Kafanov Andrey Lunyovu Rusiya millisinin əsas qapıçısı olmaq ehtimalına da toxunub. O qeyd edib ki, son qərar mart ayında, Rusiya millisinin Novoqorskdakı təlim-məşq toplanışından sonra veriləcək. Mənbə: Metaratings.ru Xeberal.az

Dünya

“Qarabağ”ın müdafiəçisi: “Məncə 2:2 hesabına sevinməliyik” – VİDEO

“İlk hissədə tamaşaçılar gözəl oyunun şahidi oldular, amma bizim üçün çox çətin idi. Əlimizə düşən imkanları qola çevirdik. İkinci hissədə isə “Bayer” bizə daha ciddi təzyiq göstərməyə başladı”. Bu sözləri sözləri “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç “Bayer”ə qarşı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununu şərh edərkən deyib. Monteneqrolu futbolçu bildirib ki, əgər Olavio Juninyo […]

Dünya

“TRT Spor”dan Qurban Qurbanovla bağlı maraqlı paylaşım – FOTO

“Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Almaniya Bundesliqasının lideri “Bayer”i qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Məlumata görə, qarşılaşma Türkiyə mətbuatında da geniş müzakirə olunub. “TRT Spor” Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun fotosu ilə matçın yekununda maraqlı paylaşım edib. “Bəlkə də, ilk dəfə idi ki, Xabi Alonsonun komandası məğlubiyyətə bu […]

Dünya

İcraçı direktor: “Ayrı-seçkilik, islamofobiya günümüzün reallığıdır”

“Bakıda artıq ikinci dəfədir keçirilən konfransda beynəlxalq səviyyədə islamofobiyaya qarşı mübarizə kontekstində nələr edə biləcəyimiz müzakirə ediləcək. Yaşadığımız dövrdə ayrı-seçkilik, islamofobiya günümüzün reallığıdır. İnsanlara qarşı diskriminasiya, nifrət nitqi, təcridolunma kimi problemlər bizim həyatımızı çətinləşdirir”. AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya […]