Dünya

İstanbulda dəhşət: Su satan şəxs illərlə məhəllədəki uşaqlara təcavüz edib

Sharing is caring!

İstanbulda su satışı ilə məşğul olan Metin Şenayın illərlə məhəllə uşaqlarına təcavüz etdiyi və zorlama anlarını iş yerində tikdirdiyi gizli otaqda lentə aldığı məlum olub.

Hadisə 12 yaşlı M.Y.-nin dərsləri bitməsinə baxmayaraq evə qayıtmadığı üçün ailəsinin polisə şikayət etməsi ilə üzə çıxıb.

Kamera qeydlərini araşdıran polis M.Y.-nin dərsdən sonra Şenayın maşınına mindiyini və iş yerinə aparıldığını müəyyən edib. Polisin iş yerinə basqın zamanı gizli bölmədə çoxlu sayda uşağın görüntüləri ələ keçirilib.

Dəhşət otağında “Sus”, “Səni öldürəcəyəm”, “Ağlama”, “Səni heç kim eşitməsin…” ifadələri olan kağız parçaları tapılıb.

Ən kiçik qurban R.Ş. adlı beş yaşlı uşağın insult keçirənə qədər cinsi istismara məruz qaldığı öyrənilib.

Uşaqların səsi çıxmasın deyə gizli otağı süngərlə örtən Şenay üçün 100 il həbs cəzası istənilib.

Mənbə: ajans_muhbir

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir