Dünya

Rusiyanın su altında qalan şəhərində təhlükə: Ölümcül xəstəliklər yayıla bilər

Sharing is caring!

Rusiyada suayırıcı dambanın uçması nəticəsində su altında qalan Orsk şəhərində vəba, dizenteriya və salmonellyoz epidemiyası baş qaldıra bilər.

Bu barədə Rusiya Dövlət Təhsil Universitetinin tibb fakültəsinin müəllimi, cərrah Aleksandr Umnov NEWS.ru-ya müsahibəsində bildirib.

“Daşqın səbəbindən fekal-oral yolla ötürülən və əksər hallarda mədə-bağırsaq traktı orqanlarına təsir edən xəstəliklərin yayılması mümkündür. Məsələn, vəba, dizenteriya, salmonellyoz, rotavirus infeksiyası. Üstəlik, su basmış binalarda kif əmələ gələ bilər ki, bu da bəzi evləri yaşayış üçün yararsız hala sala və ya əsaslı təmir tələb edə bilər”, – deyə Umnov əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir