Cəmiyyət

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb

“Bu günədək ölkədə istehsal olunan, eləcə də idxal olunan bitki yağlarında, o cümlədən palma yağında aparılan müayinələrdə heç bir uyğunsuzluq aşkar edilməyib”. “Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə deyib. […]

Cəmiyyət

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

“Məktəbdənkənar təhsil müəssisələrinə qəbul da elektronlaşdırılacaq”. “Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. O bildirib ki, bu istiqamətdə də vətəndaş məmnuniyyəti, o cümlədən obyektivlik artırılacaq. Xeberal.az

Cəmiyyət

Məktəblərdəki yoxlamalar nəticəsində onlarla şəxs işdən çıxarılıb – FOTO

“Bu ilin üç ayında 345 məktəbdə yoxlama aparılıb, 55 nəfər işdən çıxarılıb”. “Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. Onun sözlərinə görə, həmin müddətdə 89 nəfərə xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib. Xeberal.az

Cəmiyyət

Bu il I siniflərə qəbulda hansı yeniliklər tətbiq ediləcək? – RƏSMİ AÇIQLAMA

“Bu il I siniflərə qəbulla bağlı bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulub”. “Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. O, həmin yeniliklərin aşağıdakılardan ibarət olduğunu açıqlayıb: “Bu il valideynlər ölkə üzrə prioritet (üstünlük hüququ) tətbiq olunan bütün ümumi təhsil müəssisələri, prioritetin tətbiq […]

Cəmiyyət

Müəllimlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb

Bu il üçün təhsilverənlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb. “Report” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, sertifikatlaşdırma iyunun 24-də keçiriləcək. “Bu il sertifikatlaşdırmaya 31 035 müəllim cəlb olunacaq”, – E.Bağırov deyib. Daha çox foto burada: PhotoStock.az Xeberal.az

Cəmiyyət

Qəbələ məktəbliləri su qıtlığına çözüm ola biləcək maddə hazırladılar – FOTO

Azərbaycanda 13 ildir “Sabahın alimləri” Respublika müsabiqəsi keçirilir. Aprel ayının 17-də açılış mərasimi olan növbəti 13-cü müsabiqədə xeyli sayda “sabahın alimi” iştirak edib. Elm və təhsil nazirinin, millət vəkillərinin, dövlət və özəl müəssisə rəhbərlərinin iştirak etdiyi tədbirdə müxtəlif məktəblərin şagirdləri fərqli layihələr təqdim edib, sərgidə iştirak hüququ qazanıblar. Sərgidə iştirak hüququ qazanan 113 layihədən birinin […]

Cəmiyyət

40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib – CANLI YAYIM

“Bu ilin ötən dövründə uşaq bağçalarında aparılan monitorinq nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb”. “Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. Onun sözlərinə görə, 200-ə yaxın müdirə töhmət, xəbərdarlıq və şiddətli töhmət verilib. Direktor qeyd edib ki, monitorinqlər mütəmadi davam edəcək. […]

Cəmiyyət

Məhkəmə qohumunun üzünə kükürd turşusu tökənlə bağlı qərar çıxardı

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Laura Babayevanın barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.   Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, onun barəsində Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib və cinayət işi apellyasiya instansiyası məhkəməsinə yenidən […]

Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq – PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bildirilib ki, Havanın temperaturu gecə 12-16 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə […]