Cəmiyyət

Sabunçuda əməliyyat: Silahlı şəxslər saxlanıldılar – VİDEO

Bakının Sabunçu rayonunda silahlı şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü Tofiq Yədayi üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan “Kalaşnikov-74” markalı avtomat, […]

Cəmiyyət

Bakıda yerləşən apteklərdə nöqsanlar aşkarlandı

Bakıda yerləşən apteklərdə nöqsanlar aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bildirilib ki, mərkəz tərəfindən 2024-cü ilin fevral ayı ərzində Bakı şəhəri üzrə bir planlı və bir plandankənar, respublikanın digər şəhər və rayonlarında isə 23 planlı və 12 plandankənar olmaqla, ümumilikdə 37 aptekdə yoxlama aparılıb. Yoxlamalar zamanı dörd aptekdə nöqsan aşkarlanıb, doqquz […]

Cəmiyyət

Taksilər və biz: Deyəsən, yenə qiyməti qalxacaq…

Kubra Məhərrəmova yazır… Bu səhəri olduqca maraqlı xəbərlə açdıq.  Ölkədə tıxac və digər nəqliyyat infrastrukturu problemlərinin həlli üçün diaqnostika aparılıb. Bununla bağlı ölkəyə beynəlxalq mütəxəssislər də dəvət edilib. Yaxın günlərdə ölkədə taksilərlə bağlı problemin həlli üçün yeni qərar qəbul olunacaq. İndi taksilərlə bağlı nə qərar, nə qanun qəbul olunacaq, onu yəqin ki, yaxın günlərdə biləcəyik. Amma […]

Cəmiyyət

Bakının mərkəzində avtomobilsizləşdirmənin nəticəsi necə olacaq? – AÇIQLAMA + FOTO

Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərlə giriş qadağan ediləcək. Bu qərar sərnişin avtobuslarına şamil olunmayacaq. Burada həmçinin parklanam yerləri də qadağan ediləcək. Bəs bu qərar, yəni paytaxtın mərkəzinin avtomobilsizləşdirilməsinin nəticəsi necə olacaq? Bu barədə Oxu.Az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ümumiyyətlə metronun “28 May” stansiyası fərqli […]

Cəmiyyət

Ramazanda fəaliyyəti dayanan şadlıq sarayları: “Toy etməmək dinlə bağlı bir məsələ deyil” – ARAŞDIRMA + FOTO

Bu gün Ramazan ayının ilk günüdür. Hər il bu ərəfədə toyların keçirilib-keçirilməyəcəyi ilə bağlı müzakirələr gündəmə gəlir. Paralel olaraq Ramazan ayında Azərbaycanda toyların sayı kəskin azalır. Bir sözlə, Ramazanda şadlıq sarayları və restoranların bazarı dayanır. Bəs görəsən, Ramazanda niyə toy edilmir? Ramazanda toy etmək günah sayılırmı? Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı restoranlar arasında sorğu keçirib. […]

Cəmiyyət

Azərbaycanda komandoların sıraları genişləndi – FOTO

2024-cü il üçün hazırlıq planına uyğun olaraq, “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Kurs iştirakçılarına […]

Cəmiyyət

Omanın aşağıbüdcəli “SalamAir” aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli “SalamAir” aviaşirkəti yayda ən populyar iki istiqamət – Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərpa edir. Bu barədə “SalamAir”in icraçı direktoru vəzifəsini icra edən kapitan Əhməd Əş-Şidhani məlumat verib. “Biz böyük istəklər əsasında Bakı və Almatı şəhərləri istiqamətində uçuşların başlanmasını elan etməkdən məmnunuq”, – deyə o bildirib. “Keçən il müştərilərimizdən gələn […]

Cəmiyyət

Metronun “28 May” stansiyasının yaxınlığında parklanmanın aqibəti necə olacaq?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) martın 12-dən  metronun “28 May” stansiyasının qarşısı və Bakı Dəmiryol Vağzalının qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə yayılan xəbərlərə aydınlıq gətirib.  Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı qərarı Nəqliyyatı Əlaqələndirmə Şurası qəbul edib. Məqsəd qovşaqda nəqliyyat mübadiləsinin və piyada axınının düzgün təşkili üçün ictimai nəqliyyat habının […]

Cəmiyyət

Dubaydan çıxışına 86 gün qadağa qoyulan azərbaycanlı: “Valideyn ancaq şəklin silinməyini istəyibmiş” – FOTO

“Yaxın dostlarla dekabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə getdik. Hava limanından şəxsi avtomobillə “Dubay Mall”a yollandıq. Elə ticarət mərkəzinin içərisində afrikalı uşağı gördüm, onunla şəkil çəkdirmək üçün izn aldım, şəkil çəkdirdim. Daha sonra da ingilis dilində təşəkkür etdim, başından öpüb sağollaşdım. Mən ilk dəfə idi, ölkə xaricinə səfər edirdim və yaranan anlaşılmazlığa səbəb o […]