Cəmiyyət

HP-nin ötənilki auditindən sonra büdcəyə qaytarılan vəsait açıqlanıb

Hesablama Palatası 2022-ci ilin iş planına uyğun olaraq keçirilmiş nəzarət tədbirləri üzrə dövlət vəsaitinin bərpasına dair təkliflərlə bağlı qalan 25,5 milyon manatın icrası ötən il davam etdirilib. “Report” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib. “Həmin məbləğin 17 milyon manatı […]

Cəmiyyət

Bakıda evdə partlayış: Ölən var

Bakıda evdə partlayış olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Burada evlərdən birində qaz sızması nəticəsində partlayış baş verib. Daha sonra evdə yanğın başlayıb. Nəticədə ev sahibi 60 yaşlı İlqar Ağamusa oğlu Əliyev yanaraq ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Sumqayıtda qanunsuz tikili sökülüb – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu barədə Oxu.Az-a FHN-dən bildirilib. Qeyd edilib ki, bu çərçivədə Sumqayıt şəhərinin Yaşma bağları ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət […]

Cəmiyyət

“Neftçi” 2024/2025 mövsümünün əvvəlində yeni təlim-məşq bazasına köçəcək

“Neftçi” klubu 2024/2025 mövsümünün əvvəlində yeni təlim-məşq bazasına köçəcək. “Report”un məlumatına görə, bunu “ağ-qaralar”ın idman direktoru Yens Andersson mətbuat konfransında deyib. İsveçli funksioner hazırda idman qurğusunda işlərin sürətlə davam etdiyini bildirib: “İşçilər indi də çalışırlar. Orada top-komanda üçün gündəlik əməliyyatlarda lazım olan hər cür şərait olacaq. Bazaya böyük investisiya qoymaq cəsarət tələb edir. Məncə, bina […]

Cəmiyyət

Deputatlar vergi orqanının kirayədə yaşayan vəzifəli şəxslərinə kompensasiyanın ayrılmasına razılıq veriblər

Vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi gücləndirilir. “Report”un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliklə vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi və maddi təminatı ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi məqsədilə əsasnaməyə ayrıca fəsil əlavə olunur. Bu çərçivədə əsasnaməyə […]

Cəmiyyət

Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib

Milli Məclis Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatını qəbul edib. “Report”un xəbərinə görə, hesabatı palatanın sədri Vüqar Gülməmmədov təqdim edib. Daha sonra isə deputatlar hesabatla bağlı çıxışlar ediblər, təkliflər səsləndiriblər. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub. Qeyd edək ki, hesabat ilində Hesablama Palatası üzvlərinin təklifləri əsasında 46 nəzarət tədbirinin keçirilməsi planlaşdırılıb, müvafiq icra […]

Cəmiyyət

Azərbaycanda böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

Böyrəyin çıxarılması əməliyyatı nefrektomiya adlanır. Nefrektomiya icbari tibbi sığorta təminatına daxildir. Bu əməliyyat açıq və qapalı (laparoskopik) üsulla həyata keçirilir. Qoyulan diaqnoz, patologiyanın ağırlıq dərəcəsi, pasiyentin ümumi vəziyyəti və digər faktorlardan asılı olaraq uyğun cərrahi üsul seçilir. 2021-2023-cü illər ərzində icbari tibbi sığorta hesabına böyrəyin tam və ya hissəvi çıxarılması ilə bağlı 3359 əməliyyat icra […]

Cəmiyyət

Hesablama Palatası ötən il audit nəticəsində aşkarlanmış nöqsanların həcmini açıqlayıb

Hesablama Palatasının audit və analitik fəaliyyət üzrə dövlət maliyyəsinin idarəedilməsində ümumi nöqsan məbləği 1 milyard 971,9 milyon manat müəyyən edilib. “Report” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib. O, ümumi nöqsan məbləğini bir neçə qrupda təsnifləşdirib: “İlk qrup büdcə zərəridir. […]

Cəmiyyət

Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu – Bəzi materiallar DTX-yə göndərilib

“Ötən il Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2020-2022-ci illəri əhatə edən 6 uyğunluq auditi keçirilib”. “Report” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib. “Ümumilikdə İdarə tərəfindən auditlərlə müəyyən edilmiş pozuntu məbləği 120 milyon manatdan çox olub. Bütün […]