Cəmiyyət

İki övladı da xəstə olan ana: “Allaha yalvarıram ki, onları sağaltsın, mənim canımı alsa da olar” – FOTO/VİDEO

İki övladı da ağır xəstə olan Hicran Məmmədova övladları üçün imkanlı şəxslərdən kömək gözləyir. O qeyd edir ki, oğlunun biri ürək, digəri isə qaraciyər çatışmazlığından əziyyət çəkir: “Mən xalqımdan çox razıyam, Allah da onlardan razı olsun. Çünki yeddi yaşlı oğlum Mahir Səlimzadə üçün bir neçə dəfə bizə dəstək olublar. Və onların sayəsində Mahirin müalicələrini apara bilmişik. […]

Cəmiyyət

Elmlər Akademiyasının qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? – AÇIQLAMA + FOTO

“Elmlər Akademiyasının qarşısındakı parkda yerə bərkidilmiş oturacaqlar yoxa çıxıb”. Bu barədə Moderator.az-a Bakı sakinləri bildiriblər. “Gündə bir oturacaq yoxa çıxır. Təxminən 2 aya yaxındır eyni vəziyyət hökm sürür. Hava isti keçir, şəhər sakinləri harada dincəlsinlər?! Qalan oturacaqlar isə sıradan çıxıblar”, – deyə sakinlər qeyd ediblər.  Mövzu ilə bağlı parkın rəhbərliyindən bildirilib ki, cari təmirlə əlaqədar olaraq […]

Cəmiyyət

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib. İdman.biz xəbər verir ki, Rodos adasında təşkil olunan yarışda Azərbaycanın 10 zəka sahibi də mübarizə aparır. İlk üç turda maksimum nəticə göstərən Ülviyyə Fətəliyeva ardıcıl 4-cü qələbəsini qazanıb. O bununla da çempionatın liderliyini ələ keçirib. Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı da turu qələbə ilə başa […]

Cəmiyyət

Naxçıvanda işləyən müəllimlərlə bağlı YENİLİK

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müvəqqəti qaydalar təsdiq olunub. Nazirlikdən verilən məlumata görə, qaydalara əsasən, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi (qarşılıqlı razılıq əsasında) prosesi ildə bir dəfə tədris ilinin sonunda təsdiqlənmiş vakansiyalara uyğun olaraq […]

Cəmiyyət

Şəmkirdə mağaza yanıb – VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik ticarət obyektlərində baş verdiyi və genişlənərək digər obyektlərə […]

Cəmiyyət

Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, metronun “Qara Qarayev” stansiyasının yanında avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Denis Aleksandr oğlu Çernişeni vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

Cəmiyyət

Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 23-ü saat 09:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb. Şahdağa sulu qar yağıb. Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakəndə 14 mm, Şəkidə […]

Cəmiyyət

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyaları vardır. Onların əsas məqsədi ictimai əhəmiyyət kəsb edən məsələlərdə qərarvericilərə tövsiyələr hazırlamaq və geniş sosial müzakirə mövzuları yaratmaqdır. AZƏRTAC xəbər verir […]

Cəmiyyət

Ağstafada qəza olub, xəsarət alan var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd ərazisində baş verən qəza zamanı 1997-ci il təvəllüdlü Ç.İsayev xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az