Cəmiyyət

Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü

Bakının Suraxanı rayonunda ailə-məişət zəminində baş verən mübahisə zamanı yaşlı kişi başından ağır xəsarət alıb. APA xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb. 1969-cu il təvəllüdlü Süleyman Sərxan oğlu Təhməzov yaşadığı evdə oğlunun hücumuna məruz qalıb. Oğlu atasının başına küt alətlə ağır xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? – ARAŞDIRMA + VİDEO

Bəzən binadakı mənzillərin birindən digərinə su keçir. Həmçinin bir sıra hallarda təmir, yanğın və ya digər hallar zamanı qonşuya maddi zərər dəyir. Xezerxeber.az-ın məlumatına görə, qaydalara əsasən, əmlakın icbari sığortası yalnız ev sahibinin məsuliyyətini sığortalayır. Başqa sözlə, əgər əlavə sığorta təminatı yoxdursa, qonşu qonşuya vurduğu ziyana görə sığorta şirkəti digər zərərçəkənlərə pul ödəmir. Əslində isə, […]

Cəmiyyət

Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR – VİDEO

Günümüzədək qorunan abidələr yerləşdiyi ərazinin qədimliyini özündə əks etdirir. İnşası beşinci, altıncı əsrə təsadüf edən Şəmkir Qalasının qalıqları da orta əsrlərdə burada həm iqtisadi, həm də mədəni cəhətdən inkişaf edən şəhərin mövcud olduğunun sübutudur. Belə kİ, şəhər xarabalıqlarında mədəni təbəqənin qalınlığı bəzi yerlərdə üç, bəzi yerlərdə isə beş metrdən artıqdır. Hətta 2007-ci ildən aparılan arxeoloji […]

Cəmiyyət

Orta məktəblər üçün olan dərsliklər yenilənir? – VİDEO

Orta məktəblər üçün olan yeddi dərslikdə məzmun dəyişikliyi edilib. Sentyabrdan həm Azərbaycan, həm də rus bölməsi üzrə bəzi məktəblilər yeddi fənn üzrə tam fərqli kitablar görəcəklər. Xezerxeber.az-ın məlumatına görə, söhbət ikinci sinif həyat bilgisi, beşinci sinif Azərbaycan dili, riyaziyyat, altıncı sinif coğrafiya, yeddinci sinif fizika, kimya və biologiya dərsliklərindən gedir. Təhsil İnstitutunun Tədris resursları şöbəsinin […]

Cəmiyyət

Saxlanılan tiktokerlər nə edirmişlər? – ARAŞDIRMA

Son günlər əməlli-başlı “tiktoker ovu” gedir. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə, 10-20-30 sutka həbs cəzası alan tiktokerlər var. Bəs onlar konkret nə ediblər? Suala cavab tapmaq üçün AzVision.az-ın əməkdaşları yerli tiktokerlərin pis qoxulu profillərinə baxmaq əzabına qatlanmalı […]

Cəmiyyət

Yazın gəlişi bəzi infeksion xəstəliklər gətirir: Necə qorunmalı? – Professor izah edir

Fəsil dəyişməsi, yazın gəlişi özü ilə bəzi infeksion xəstəliklər gətirir. Bu sahədə həssas qruplar daha çox risk altındadır. Bu qruplara yaşlı şəxslər, eyni zamanda, uşaqlar aid edilir. Orqanizmdə baş verən prosesləri xarici amillərlə izah edən həkimlər bu mövsümün mərəzlərinə “yaz xəstəlikləri” deyirlər. Mövzu ilə bağlı Yenisabah.az-a danışan tibb elmləri namizədi, professor Adil Qeybulla bildirib ki, […]

Cəmiyyət

Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir – VİDEO

Azərbaycanlı TIR sürücüsü üç aydır ki, Gürcüstanda qalıb və sərhədi keçə bilmir. Xezerxeber.az-ın məlumatına görə, sürücü Aqil İsrafilov iddia edib ki, idarə etdiyi şokolad yüklü TIR fevralın dördündə Batumi şəhərində qəzaya uğrayıb. Nəticədə qəzalı vəziyyətdə olan körpü uçub, sürücünün idarə etdiyi avtomobil isə aşıb. Bundan sonra hadisə yerinə gələn polis sürücüyə 61 min lari, yəni […]

Cəmiyyət

Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” – VİDEO

“1993-cü il aprelin 18-də Kəlbəcərin Başlıbel kəndində qətliam törədildi. Həmin faciə zamanı 30-dan çox adam gecə qaçaraq Barıtlı, Nəbili kahalarında sığınmağa cəhd göstərdilər”. Bunu Başlıbel faciəsində doğmalarını itirən Kəlbəcər sakini Namiq Məmmədov deyib. “Tarixdə analoqu olmayan Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı. Bibimoğlu və nənəm isə həmin mühasirədə qalaraq dünyalarını dəyişiblər”, – o […]

Cəmiyyət

Yaylaqda vəzifəli şəxsdən çobanın arvadına intim hərəkət: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı”

Astara rayonunda 1996-cı il təvəllüdlü Tahir qısqanclıq zəminində yaranan mübahisə zamanı həmyerlisi Ayazı (adlar şərti verilib – red.) öldürüb. Teleqraf.com-un əldə etdiyi məlumata görə, Tahir 1 may 2023-cü ildə Astara rayonunun kəndində ailəsi ilə birgə yaşadığı yaylaq sahəsində təsərrüfat işləri gördükdən sonra heyvanları tövləyə qaytarmaq üçün meşəyə gedb. Tahirin arvadı Aytacla evdə tək qalan Ayaz […]

Cəmiyyət

Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu

“Forbes” jurnalı Rusiyanın 125 ən zəngin milyarderinin illik reytinqini təqdim edib. Zirvədə “Lukoyl”un eks-prezidenti, “Gələcəyimiz” Fondunun ictimai şurasının sədri Vahid Ələkbərov qərarlaşıb. Onun sərvəti, jurnalistlərə görə, 28,6 milyard dollara bərabərdir. “Forbes” reytinqində ikinci yeri kapitalı 27,4 milyard dollar dəyərində qiymətləndirilən “Novatek” idarə heyətinin sədri Leonid Mixelson tutub. Ən zənginlərin ilk üçlüyünü isə Milli İdman Federasiyasının […]