Cəmiyyət

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətinə görə təşəkkür edilib. Abşeron RPİ əməkdaşları tərəfindən bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir. Xeberal.az

Cəmiyyət

Üzünün bir hissəsi və bədəni yanan Fərhadın köməyinizə ehtiyacı var – FOTO

11 yaşlı Fərhad ağır yanıq xəsarətləri alıb. Bu barədə Oxu.Az-a onun anası Səfiyyə Rəsulova məlumat verib. O bildirib ki, övladı fevralın 28-də yanıb: “Biz Qaxda yaşayırıq. Fərhad fevralın 28-də evdə qaçarkən qaynar qazanı üzərinə aşırıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Övladım burada əməliyyat olundu”. Ana övladının müalicəsi üçün dəstəyə ehtiyaclarının olduğunu deyib. “Hazırda müalicələrini davam […]

Cəmiyyət

Pomidor üç manat, xiyar iki manat: Qiymətlər niyə əl yandırır? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda üç manatdan aşağı pomidor, iki manatdan ucuz xiyar tapmaq mümkün deyil. Bəs nə üçün pomidor və xiyarın qiyməti hələ də əl yandırır? “Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb. Qiyməti tələb-təklif müəyyənləşdirir Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin […]

Cəmiyyət

Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Vurğulanıb  ki, aprelin 29-da əsasən gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var. Xeberal.az

Cəmiyyət

Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Yanıqlı kəndi ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə Oxu.Az-a FHN-dən bildirilib. Vurğulanıb ki, məlumatla əlaqədar dərhal FHN-in Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1989-cu il təvəllüdlü Rüstəmov Ceyhun Tofiq […]

Cəmiyyət

Paytaxtın bir neçə küçəsində söküntü işləri aparılacaq: Evlər plana düşdü – AÇIQLAMA + VİDEO

Paytaxtın bir neçə küçəsində söküntü işləri aparılacaq.   “Xəzərxəbər”in məlumatına görə, Kamandar Əhmədov və Həmid Abbasbəyli küçələrində də yeni layihənin icrası ilə əlaqədar evlər plana düşüb. Söhbət zamanı sakinlər bildiriblər ki, söküntü ilə bağlı hazırlıq işlərinə də başlanılıb. Sakinlər deyirlər ki, söküntü işləri zamanı ödəniləcək kompensasiyanın məbləği ilə bağlı hələ onlarla danışıq aparılmayıb. Xətai Rayon […]

Cəmiyyət

Yetkinlik yaşına çatmayanlara siqaret satan üç mağaza sahibi cərimələndi

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Həmin obyektlərin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir. Xeberal.az

Cəmiyyət

Asan yolla pul qazanmaq istəyi başlarına bəla oldu: Oğurlanan malların satış anının anbaan görüntüləri – VİDEO

Ağdaşda internet xətlərini oğurlayan Qədirov və Cumayev saxlanılıblar. Araşdırmalarla onların oğurladığı naqilləri əlvan metal qabulu məntəqələrinə satdıqları və əldə etdikləri pulu öz aralarında böldükləri məlum olub. Daha ətraflı İctimai TV-nin süjetində: Xeberal.az

Cəmiyyət

Həftənin ilk iş gününün HAVA PROQNOZU

Aprelin 29-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 13-18 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 30-40% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin […]

Cəmiyyət

Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə Oxu.Az-a FHN-dən bildirilib. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb ediliblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş fərdi yaşayış evində dərinliyi 2, diametri 1,5 […]