Asiya

Ərdoğan koronavirusa qarşı peyvənd olundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa qarşı peyvənd olunub.   XəbərAl.az xəbər verir ki, peyvəndləmə prosesi Ankara Şəhər Xəstəxanasında baş tutub. Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, koronavirusa qarşı peyvənd iki mərhələdə tətbiq olunur. İkinci peyvənd 28 gün sonra vurulacaq. Qeyd edək ki, Türkiyədə koronavirusa qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq tibb işçilərinin peyvəndlənməsinə […]

Asiya

Ərdoğan Yunanıstana çağırış etdi

“Yunanıstanla yanvarın 25-də aparılacaq tədqiqat danışıqlarının bu ölkə ilə qonşuluq münasibətlərimiz üçün yeni bir dönəmin başlanğıcı olacağına inanıram”. XəbərAl.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib. Türkiyə Prezidenti Yunanıstanı regionda gərginliyi artıran hərəkətlərdən çəkinməyə çağırıb. Ərdoğan Aİ ölkələrinin Şərqi Aralıq dənizi və Şimali Kipr məsələsində […]

Asiya

Ərdoğan Türkiyədə koronavirusa qarşı vaksinasiya prosesinin başlayacağı tarixi açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinin yaxın günlərdə başlayacağını bildirib. Bu barədə “Hürriyet Daily News” məlumat yayıb. Türkiyə liderinin sözlərinə görə, vaksinasiya prosesi 14 və ya 15 yanvarda başlayacaq. Qeyd edək ki, Türkiyədə vaksinasiya zamanı Çinin “Sinovac Biotech” şirkətinin peyvəndindən istifadə olunacaq.

Asiya

Ərdoğan “WhatsApp”dan imtina etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “WhatsApp” messencerindən imtina edib. XəbərAl.az xəbər verir ki, bu barədə Türkiyə liderinin mətbuat xidmətinə istinadən “Bloomberg” bildirib. Onun bu addımının səbəbi proqramın gizlilik siyasətindəki dəyişiklik olub.

Asiya

Türkiyədə Afroditanın 2500 illik məbədi aşkarlandı

Bir qrup elm adamı və arxeoloq Türkiyənin Urla Çeşmə yarımadasında Afroditanın məbədini aşkarlayıb. “Daily Sabah”ın məlumatına görə, Çeşmə, Urla, Seferihisar ərazisində aparılan araşdırmalarda 16-sı Qədim neolit dövrünə aid olmaqla 35 antik mədəniyyət yeri aşkarlanıb. Belə ki, onların arasında bizim e.ə IV əsrə aid olan gözəllik ilahəsi sayılan Afroditanın məbədinin qalıqları da var.  Qazıntı işlərinə başçılıq edən Memar […]

Asiya

Türkiyədə zəlzələ olub

Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib. Yeraltı təkanlar Elazığda, Sivrice rayonunda qeydə alınıb. Zəlzələ ocağı 8,5 kilometr dərinlikdə yerləşib. Məlumata görə, zəlzələ hiss edilib.

Asiya

Ərdoğan Türkiyə istehsalı olan peyvəndin istifadəyə buraxılacağı tarixi açıqladı – VİDEO

“Ən geci aprel ayında Türkiyə istehsalı olan peyvəndlər istifadəyə hazır olacaq”. “Sözcü”nün məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə qatıldığı “Elazığ Kömürhan Körpüsü və Bağlantı Tüneli”nin açılış mərasimində bildirib. O, əhalinin sağlamlığı ilə bərabər, işini, azuqəsini, gələcəyini qorumaq üçün dövlətin imkanlarını səfərbər etdiyini vurğulayıb. Türkiyə prezidentinin sözlərinə görə, bütün dünyanı bürüyən epidemiyanın […]

Asiya

İstanbulda fabrikdə dəhşətli yanğın – VİDEO

Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda fabrikdə dəhşətli yanğın baş verib. “Haber Global”ın məlumatına görə, fabrikin bağçasında kimyəvi maddələr olan paletlərdə naməlum səbəbdən yanğın başlayıb. Hadisə yerinə Tuzla və Kocaeli xilasetmə qrupları cəlb edilib. Yanğın səbəbindən yüksələn qara tüstü ətraf rayonlardan da görünüb. Yanğınsöndürənlər partlayışlar olan yanğına müdaxilə edərək, yanğını söndürə biliblər. Bizimlə əlaqə saxlayın

Asiya

Çavuşoğlu: “Türkiyə Aİ-yə daxil olmağa hazırdır”

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin 2020-ci ildəki xarici siyasəti barədə qiymətləndirmələr edib. “Haber Global” məlumat verir ki, o, Avropa İttifaqı (Aİ) ilə münasibətlərdən də söz açıb: “Aİ ilə münasibətlərimizdə eniş-yoxuş oldu, xüsusilə Yunanıstan, Kiprin Yunanıstan tərəfi və Fransa ilə gərgin bir il oldu. Amma dekabr ayında “Türkiyə ilə daha yaxşı əlaqələr qurmalıyıq” deyən ölkənin […]