AKTUAL

DTX: Ümumdövlət mənafelərinə ziyan vuran əsassız və dəqiqləşdirilməmiş xəbərləri yaymaq yolverilməzdir.

Ümumdövlət mənafelərinə ziyan vuran əsassız və dəqiqləşdirilməmiş xəbərləri yaymaq yolverilməzdir Azərbaycana aid olan bəzi sosial media resurslarında erməni mənbələrinə istinadən guya, “Ermənistan MTX-nin rəhbəri A.Abazyan, Rusiya sülhməramlı kontingentinin rəhbəri general R.Muradov, Azərbaycan DTX-nin sədri Əli Nağıyev və A.Arutyunyan arasında Suqovuşanda görüş planlaşdırılır” və sairə bu kimi başlıqlarla həqiqətəuyğun olmayan məlumatlar yayılmışdır. XəbərAl.az-ın Dövlət Təhlükəsizliyi Xidmətinin […]

AKTUAL

Türkiyədə Polad Həşimova film həsr edildi – Video

Türkiyənin “Yeni Şafak” qəzeti “Tabuta sığmayanlar” videolayihəsi çərçivəsində azərbaycanlı şəhid general-mayor Polad Həşimova film həsr edib. XəbərAl.az-ın məlumatına görə, videolayihənin P.Həşimova həsr olunmuş 104-cü buraxılışının rejissorları Samir Babaoğlu və Ender Çinar olub. Filmdə şəhid generalın bacısı Kəmalə Həşimova, anası Səmayə Həşimova, qardaşı İlham Həşimov və silahdaşları onun haqqında xatirələrini bölüşüblər.  Qeyd edək ki, dekabr ayında […]

AKTUAL

Hulusi Akar azərbaycanlı şəhidin ailəsinə məktub göndərdi — FOTOLAR

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar torpaqlarını xilas edəcəyinə söz verən azərbaycanlı şəhid baş leytenant Valeh Məmiyevin ailəsinə məktub göndərib. “TRT Avaz” xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin polkovniki Abdulla Qurbani Akarın məktubunu Məmiyevin Yardımlı rayonunun Kürəkçi kəndində yaşayan ailəsinə çatdırıb. “Ermənistanın işğalı altında olan ərazilərini azad edən şanlı Azərbaycan ordusunun 44 günlük qəhrəmanlıq mübarizəsində […]

AKTUAL

Azərbaycan 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə qatılacaq

Azərbaycan 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF) iştirak edəcək. Bu barədə “TRT Haber” məlumat yayıb. Bu il tədbir Türkiyədə keçiriləcək və dörd gün ərzində davam edəcək sərgidə dünyanın 148 ölkəsindən 341 nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir. 25-28 mayda baş tutacaq sərginin Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbərliyi altında keçiriləcəyi bildirilir.

AKTUAL

Bazardüzü zirvəsindəki yüksəkliyə “Zəfər zirvəsi” adı verildi – Video

Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan Ordusunun zabitləri və “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərindən ibarət heyətin Böyük Qafqaz sıra dağlarının Bazardüzü zirvəsinin şərqində yerləşən adsız yüksəkliyə (4301 m) yürüşü təşkil olunub. Müdafiə Nazirliyindən verilən məlumata görə, “Zəfər Azərbaycanındır!” adlı ekspedisiyanın iştirakçıları mürəkkəb relyefə malik dağlıq ərazini keçərək təyin edilmiş yüksəkliyə qalxıblar. Ekspedisiyanın iştirakçıları orada Azərbaycan Respublikasının […]

AKTUAL

Vüqar Səfərli YAP-dan çıxarıldı

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib. XəbərAl.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, V.Səfərli Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov Rayon Təşkilatının sədr müavini vəzifəsindən və partiyanın rayon Siyasi Şurasının üzvlüyündən də kənarlaşdırılıb. Qeyd edək ki, V.Səfərli və “Portos” […]

AKTUAL

Fevralın 26-sı ABŞ-ın Minnesota ştatında Azərbaycan Günü elan edildi – Foto

ABŞ-ın Minnesota ştatının qubernatoru Tim Volz fevralın 26-sının Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb. XəbərAl.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumata görə, bəyanatın imzalanması Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü olub. Bəyanatda qeyd olunub ki, Minnesotada yaşayan azərbaycanlılar ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub-saxlamaqla, həmçinin təbliğ […]

AKTUAL

Nazirliyin mətbuat katibi işdən çıxdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova işdən çıxıb. XəbərAl.az xəbər verir ki, bu barədə o, özü məlumat verib. “Əziz dostlarım, həmkarlarım! Bu gündən artıq illərdir çalışdığım iş yerimdən ayrılmaq qərarı aldım və rica edirəm heç kəs səbəb axtarmasın, çünki bu dünyada insan həyatı belə əbədi deyil. Keçmişə hörmət, gələcəyə inamla davam […]

AKTUAL

“Türk Hava Yolları” Gəncəyə uçuşlar təşkil edəcək – RƏSMİ

“Türk Hava Yolları” Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır”. XəbərAl.az xəbər verir ki, bunu “Türk Hava Yolları”nın Azərbaycandakı nümayəndəsi Seyfullah İlyas bildirib. O deyib ki, Gəncə, Göygöl, Gədəbəy, Naftalan və digər ətraf ərazilərin turizm potensialının günü-gündən inkişaf etməsi bölgəyə gələn xarici qonaqların sayına müsbət təsir edir: “Bu və bir sıra digər amilləri nəzərə alan “Türk Hava […]

AKTUAL

Zakir Həsənov Türkiyəyə getdi

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 11-də bu ölkəyə yola düşüb. Müdafiə Nazirliyindən  verilən məlumata görə, general-polkovnik Z.Həsənov Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021”-in yekun mərhələsini izləyəcək.