AKTUAL

Bazardüzü zirvəsindəki yüksəkliyə “Zəfər zirvəsi” adı verildi – Video

Sharing is caring!

Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan Ordusunun zabitləri və “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərindən ibarət heyətin Böyük Qafqaz sıra dağlarının Bazardüzü zirvəsinin şərqində yerləşən adsız yüksəkliyə (4301 m) yürüşü təşkil olunub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, “Zəfər Azərbaycanındır!” adlı ekspedisiyanın iştirakçıları mürəkkəb relyefə malik dağlıq ərazini keçərək təyin edilmiş yüksəkliyə qalxıblar.

Ekspedisiyanın iştirakçıları orada Azərbaycan Respublikasının Dövlət bayrağını ucaldıb, Dövlət himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonda Vətən müharibəsində Qələbəni tərənnüm edən “Zəfər zirvəsi” adlı lövhə bu yüksəklikdə bərkidilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir