Cəmiyyət

QHT-lər birləşib yeni koalisiya yaratdı

Sharing is caring!

Sentabrın 3-də “Qan Donorları Assosiasiyası” ictimai birliyi və ölkənin elm, təhsil, mədəniyyət, məşğulluq sahəsində fəaliyyətdə olan “Gənclərin Həmrəyliyinə Dəstək” ictimai birliyi, “İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” eyni zamanda  “Gənclərin İnkişafına Dəstək” gənclər təşkilatları tərəfindən qarşılıqlı əməkdaşlıq memarandumu imzalayıb.

Qan Donorları Assosiasiyasının mətbuat xidmətindən verilən məlumata əsasən, azərbaycanda fəaliyyət göstərən və koalisiya memarandumuna imza atan  Qeyri Hökumət Təşkilatları məhsuldar fəaliyyətin inkişafı üçün yaxın gələcəkdə uşaq, yeniyetmə gənclər arasında, eyni zamanda ölkə xaricində gənclərin sağlam həyat tərzi, qan donorluğunun inkişaf etdirilməsi, genofondun qorunması həmçinin cəmiyyətin həsas qruplarına təmənnasız, könüllü dəstək göstərilməsi, yerli və beynəlxalq layihələrin təşkili, əyləncə proqramları, elmi konfranslar, və bu sahədə effektiv nəticələr əldə olunması, vətəndaş cəmiyyətinin inkişafına dəstək məqsədi ilə müxtəlif monitorinqlər, sosial araşdırmalar üçün fəaliyyət planı quraraq birgə əməkdaşlıq edəcəkdirlər.

Mərasim sonrası təşkilatların rəsmiləri gələcək planları və birgə görüləcək müştərək layihələri müzakirə edib. İmzalanma prossesində birliklərin əməkdaşları və fəal üzvləri iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir