Siyasət

Rəsmi Bakı Kabildə Rusiya səfirliyinə edilən hücumu pislədi

Sharing is caring!

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Əfqanıstandakı səfirliyinin qarşısında törədilən terror aktını pisləyib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb:

“5 sentyabr 2022-ci il tarixində Rusiya Federasiyasının Kabil şəhərindəki səfirliyinə edilən terror hücumu nəticəsində 2 rus diplomatının, habelə əfqan vətəndaşlarının vəfat etməsi xəbərini kədərlə qarşılayırıq. Terrorla üzləşmiş bir dövlət olaraq Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir. Diplomatların həyatına qəsd qəbuledilməzdir.

Terror hücumu nəticəsində həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir və yaralıların tezliklə sağalmasını diləyirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir