Cəmiyyət

Hava isti olsa da, Xəzər dənizinin suyu niyə soyuyur? – AÇIQLAMA

Sharing is caring!

“Xəzər dənizi suyunun temperaturu üzərində aparılan ölçmə işləri göstərir ki, Abşeronun şimalında dəniz suyunun temperaturu 21-22, cənub çimərliklərində isə 27-28 dərəcədir”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, belə ciddi temperatur fərqi nadir hallarda baş verir:

“Səbəbi əsasən sinoptik vəziyyət və Xəzərin hidrometeorologiyası ilə bağlıdır. Uzun müddətdir ki, Xəzərin şimalında davamlı olaraq şərq küləyi əsir. Mahaçqalada və daha şimalda havanın temperaturu da bizim ərazi ilə müqayisədə 10 dərəcəyədək aşağıdır. Mahaçqalada dəniz suyunun temperaturu cəmi 17-18 dərəcədir”.

“Sualtı axınlarla ərazimizə daxil olan və səth suları ilə qarışan daha soyuq su kütləsi Abşeronun əsasən şimal hissəsinin sahilyanı ərazilərində suyu soyudur. Havanın temperaturunun kifayət qədər yüksək (36-38 dərəcə) olmasına baxmayaraq, şimaldan gələn soyuq su axını suyun temperaturunun yüksəlməsinə imkan vermir”, – deyə o qeyd edib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir