İdman

“Kəpəz”in “gəncəli” baş məşqçisinin adına aydınlıq gəldi

Sharing is caring!

“Kəpəz” nəhayət özünə baş məşqçi tapıb. 

Sports.az xəbər verir ki, əvvəlcə ölkənin ən savadlı mütəxəssislərindən Şahin Diniyevə müraciət edən gəncəlilər milli komandamızın keçmiş çalışdırıcısından imtina cavabı alınca başqa variantlar axtarmağa başlayıblar.

Diniyev kimi, klubla adı hallanan Aftandil Hacıyevin də mediada Gəncədəki şəraitdə işləmək istəmədiyini deməsi və ümumiyyətlə, iddiasız komandalara getmək fikrində olmadığını bildirməsi “Kəpəz” rəhbərliyinin nəzərlərini Tərlan Əhmədova yönəldib. 

Sonuncu iş yeri “Keşlə” olan Əhmədov yerini perspektivli Zaur İsmayılova buraxmışdı. 

İki il işsiz qalan veteran futbolçu nəhayət özünə klub tapıb. 

“Kəpəz”in icraçı direktoru İlqar Nadiri mediaya açıqlamasında kluba gəncəli mütəxəssisin gətiriləcəyini açıqlamışdı. Əhmədovun keçmiş Əli-Bayramlı, indiki Şirvanda dünyaya gəldiyi bəllidir. Ola bilsin, 51 yaşlı veteranın Gəncə ilə də hansısa bağlılığı var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir