Cəmiyyət

Fındıq yığımı başlayır: Fermerlər isə məhsulun alış qiymətindən narahatdırlar – VİDEO

Sharing is caring!

Qaxın əksər kəndlərində fındıqçılıq kənd əhalisinin əsas məşğuliyyət sahələrindən biri hesab olunur. Hər ilin sentyabr ayından başlayaraq fındıq yığımına start verilir. Fermerlər ilboyu qulluq etdikləri bağlarda məhsullarını yığmaq üçün bir ay boyunca qızğın iş rejiminə keçirlər. 

Rayonun ən böyük fındıq bağlarının yerləşdiyi Turaclı, Marsan və Çüdüllü kəndlərində rayon üzrə daha çox məhsuldarlıq gözlənilir. Ancaq təsərrüfatçıların əksəriyyəti bu il qiymətlərin ötən illə müqayisədə daha aşağı olacağından narahatdırlar. 

Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası sakinləri narahat edən məqamlara münasibət bildirmək istəməyib. 

Qeyd edək ki, Azərbaycan dünyada fındıq ixrac edən ölkələr arasında üçüncü yerdədir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir