Cəmiyyət

Binəqədidə bir küçədə 39 ildir ki, asfalt örtüyü yenilənmir – ŞİKAYƏT + VİDEO

Sharing is caring!

Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev 46/52 ünvanında yerləşən “Elektroterm” zavodunun 3 nömrəli binasının qarşısındakı yol yararsız vəziyyətdədir. 

Bununla bağlı Oxu.Az-a bina sakinlərinin şikayəti daxil olub. Məlumata görə, yol 1983-cü ildən sonra yenilənməyib:

“Binada 1987-ci ildən bəri 90 ailə yaşayır. Binanın özü isə 1983-cü ildə inşa olunub. O vaxtdan döşənən asfalt hələ də dəyişdirilməyib. Yol tamamilə dağılıb. Yaşlılar və uşaqlar dəfələrlə yıxılıb və ciddi xəsarətlər alıblar”.

Sakinlər 2020-ci ildə Binəqədi Rayon İcra Hakimiyyətinə yeni yol salınması üçün müraciət ediblər. Hadisədən bir ay sonra icra hakimiyyəti həmin ünvana üç “KamAZ” asfalt örtüyü göndərib və blokun qarşısı asfaltlanıb, lakin ana yolla bağlı heç bir tədbir görülməyib:

“Təkrar müraciət etdikdə ərazinin onların balansında olmadığını, sadəcə bizə dəstək üçün asfalt örtüyü göndərdiklərini bildirdilər. Sonra bizi Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinə yönəltdilər. Oraya müraciət etdikdə isə bizə: “2020-ci ilin siyahısı tərtib olunub, 2021-ci ilin titul siyahısı tərtib olunanda sizin ünvan abadlaşma üçün qeyd olunacaq”, – deyə cavab verildi. 2021-ci il bitdi, heç bir iş görülmədi, 2022-ci ildə təkrar müraciət etdikdə yenə eyni cavabı aldıq. İcra hakimiyyəti də, departament də işi yubadırlar, heç kim gəlib maraqlanmır”.

Vətəndaşlar qarşı tərəfdə yerləşən 2 nömrəli binanın həyətinin lazım olmadığı halda asfaltlanmasından da söz açıblar:

“Əgər bura icra hakimiyyətinin balansında deyilsə, necə olur ki,  2 nömrəli binanın həyəti 2022-ci ilin iyun ayında lazım olmadığı halda asfaltlanır? Hər iki bina MTK-ya məxsusdursa, niyə digərinə asfalt çəkilir? Belə çıxır ki, həmin binanın qarşısında musiqi məktəbi, aşağı hissəsində isə 158 saylı uşaq bağçası olduğuna görə gəlib oranı asfaltlayırlar. Lakin bizim bina onun arxasında qaldığı üçün heç kim gəlib baxmır”.

Qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq məsələnin araşdırıldığı bildirilib. 

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir