Cəmiyyət

Azərbaycanda yeniyetməyə qarşı cinsi zorakılıq edən üç nəfər həbs edildi – VİDEO

Sharing is caring!

Bərdə rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq edənlər həbs ediliblər. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

O bildirib ki, Bərdə rayonunda yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edən üç nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər yeniyetmə isə valideyn nəzarətinə verilib.

Qeyd edək ki, Bərdədə dörd nəfər 14 yaşlı qızla cinsi əlaqədə olub və videosunu çəkərək kənd sakinləri arasında yayıb.

Bərdə rayon sakinləri yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq edənlərin Kətəlparaq kəndini tərk etmələrini tələb ediblər.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir