Cəmiyyət

Gənclər Təşkilatları əlaqələr və təmsilçilik imkanlarının genişləndirilməsi üçün bir araya gəliblər – FOTO

Sharing is caring!


Şamaxı rayonunda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən elan edilən “Beynəlxalq fəaliyyətlər ayı” çərçivəsində 45 gənclər təşkilatının rəhbər və nümayəndəsinin iştirakı ilə üç gün boyunca davam edən “Gənclər Təşkilatları: dayanıqlı beynəlxalq əlaqələr və effektiv təmsilçilik” layihəsi yekunlaşıb.

Proqrama uyğun olaraq NAYORA-nın sədri Azər Əliyevin nitqi ilə açılış mərasimi başlayıb, iştirakçıların şəbəkələşməsi üçün komanda quruculuğu oyunları ilə gün davam edib.

Günün ikinci yarısı “Sağlam düşüncə” Gənclər Təşkilatının sədri Sevinc Qasımova tərəfindən “Beynəlxalq tədbirlərin araşdırılması və uğurlu müraciət prosesi” mövzusunda interaktiv təlim sessiyası keçirilib, iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə proqram yekunlaşıb.

Layihənin ikinci günü məhsuldar görüşlərlə yadda qalıb. Belə ki, AR Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbovun təqdimatında “Gənclər Fondunun gənclər üçün yaratdığı beynəlxalq imkanlar” mövzusu ikinci günün ilk müzakirə mövzusu olub. Daha sonra NAYORA katibliyi tərəfindən beynəlxalq təmsilçilikdə etik kodeks təqdim edilib. Həmçinin, NAYORA-nın baş katibi Ramin Həbibzadə və proqram meneceri Jalə Həsənovanın moderatorluğu ilə “A-dan Z-yə beynəlxalq təmsilçilik” vörkşopu keçirilib.

Günün növbəti görüşü “BMT-də gənclər üçün yaradılan fürsətlər və informasiya savadlılığının gənclərin inkişafında rolu” mövzusunda BMT-nin Azərbaycan nümayəndəliyinin məlumatların idarə olunması üzrə məsul şəxsi Gülər Fətəli ilə keçirilib. Daha sonra isə Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumun Avrasiya Regional Mərkəzinin baş direktorunun icraçısı Vüsal Qurbanov tərəfindən “Beynəlxalq təşkilat, qurumlarla düzgün kommunikasiya kanallarının müəyyənləşdirilməsi və əlaqələrin qurulması” mövzusunda sessiya baş tutub.

Qeyd edək ki, layihənin sonuncu günü “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin proqram meneceri Əli İsgəndərli və “Milli debat” proqramının təlimçisi Tərlan Kərimov tərəfindən “Beynəlxalq təmsilçilik” debat simulyasiyası keçirilib və bununla da layihə yekunlaşıb. Sonda iştirakçılar sertifikatla təltif olunublar.

Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir