Cəmiyyət

Komitə sədri: “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası demək olar ki, bütün regiona tətbiq ediləcək”

Sharing is caring!

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Şuşada keçirilən beynəlxalq konfrans iştirakçılarına dağıdılmış şəhər və kəndlərin bərpası prinsipləri barədə məlumat verib.

Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir.

Onun sözlərinə görə, Zəngilanın bərpası “şəhər-park” konsepsiyası əsasında həyata keçirilir: “Biz bütün memarlıq ənənələrini, yəni istər yerli memarlığı, istərsə də hər bir ərazidə ənənəvi olaraq istifadə olunan materialları dəyərləndirməliyik”.

A.Quliyev vurğulayıb ki “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası demək olar ki, bütün regiona tətbiq ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir