Cəmiyyət

Beş yaşlı Xanımın üzərinə qaynar su dolu qab aşıb – FOTO

Sharing is caring!

Zaqatalada yaşayan ailə bədbəxt hadisə ilə üzləşib.

Bu barədə Oxu.Az-a rayonun Muxax kənd sakini Dəmirova Xədicə Bayram qızı məlumat verib.

O bildirib ki, beş yaşlı övladı Dəmirova Xanım Bayram qızı qaynar suda yanıb:

“Hadisə avqustun 6-da ehtiyatsızlıqdan baş verib. Belə ki, çimmək üçün odun sobasının üzərinə qoyulan suya əlini salan 5 yaşlı qızım yandığını hiss edib və geri çəkmək istəyərkən qazan üzərinə aşıb. Xanımın dirsək nahiyəsindən aşağı bütün bədəni yanıb. Vəziyyəti ağır olduğu üçün təcili tibbi yardım maşını ilə Bakıya çatdırılıb. Qızıma 2-3-cü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub və 5 nömrəli Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib”.

İkinci dəfə ana olmağa hazırlaşan və yeddi aylıq hamilə olan ana qeyd edir ki, qızı bir dəfə dəridəyişdirmə əməliyyatı edilib, lakin sabah ikinci dəfə əməliyyat ediləcək.

Onların övladlarının müalicəsi üçün 2000 manat pul lazımdır.

Əlaqə nömrəsi: 055 647 24 50

Ehtiyaclı ailəyə yardım etmək istəyənlər üçün kart hesabı:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir