Cəmiyyət

Firdovsi Əliyev: “Yanğına məruz qalan 891 hektar ərazi bələdiyyə fondlarına aid olan meşə sahələridir”

Sharing is caring!

“Son günlər Quba, Xaçmaz, Siyəzən, Şabran, Şəki və Qəbələ rayonlarında baş vermiş yanğınlar  ümumilikdə 5311 hektar ərazini əhatə edib ki, bundan yalnız 779 hektarı meşə fondu torpaqlarına aiddir”.

Oxu.Az-ın məlumatına görə, bunu 2022-ci ildə Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlar barədə keçirilən mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

O qeyd edib ki, yanğına məruz qalan 891 hektar ərazi isə bələdiyyə fondlarına aid olan meşə sahələridir, yanan digər sahələr isə başqa təyinatlı ərazilərdir:

“Çox təəssüf ki, yaşıllıqlara, meşə sahələrinə, torpağın humus qatına, ümumilikdə təbiətimizə, onun bioloji müxtəlifliyinə çox böyük zərərlər vuran yanğınların böyük əksəriyyəti biçənək sahələrindən başlayıb. Bütün hallarda təbiətimiz zərər görüb, yanğınların söndürülməsinə yüzlərlə insan, texnika cəlb olunub, tonlarla yanacaq, su sərf olunub ki, bu da böyük maliyyə itkisi, dövlətə vurulan ziyan deməkdir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir