Dünya

Rusiyada qız valideynləri tərəfindən altı il təcavüzə məruz qalıb

Sharing is caring!

Rusiyanın Leninqrad vilayətində bir qıza doğma valideynlər altı il boyunca təcavüz edib və onunla porno film çəkiblər.

Müstəntiqlərin fikrincə, qıza qarşı cinsi zorakılıq onun beş yaşından başlayıb. Sistemli zorlama qızın 11 yaşına qədər davam edib.

Zorlama prosesi lentə alınıb və satılıb.

Ər-arvad pornoqrafiyanın yayılması ilə bağlı 34 epizodda ittiham olunub, azyaşlının zorlanması ilə bağlı 12 fakt aşkarlanıb.

Cütlüyün ümumilikdə beş övladı var. Onlar valideynlik hüququndan məhrum ediliblər, uşaqlar isə uşaq evinə göndərilib.

Təcavüzkar ata məktəbdə təmizlikçi işləyirmiş.

Pornoqrafiya görüntülərinin hazırlanmasında ailənin dostu onlara kömək edib.

Cinayət işi məhkəməyə göndərilib.

Mənbə: Mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir