Cəmiyyət

Azərbaycanda neçə nazir hüquqşünas ixtisasına malikdir? – SİYAHI

Sharing is caring!

Uzun illərdir ki, abituriyentlərimiz arasında hüquqşünas olmaq istəyi səngimir. Hazırda tələbə qəbulunda və pullu təhsildə ən sırada dayanan iki ixtisasdan biri hüquqşünas ixtisasıdır. Səbəb aydın olsa da, maraqlıdır.

Bəs hüquqşünaslarımız ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında və idarəçilik sistemində çoxmu yer tutur?

Bizim.Media bununla bağlı araşdırma aparıb.

Bəlli olub ki, Ali dövlət idarəetmə sistemində kifayət qədər hüquqşünas çalışır. Hətta 17 nazirdən və 14 Dövlət Komitəsi sədrindən 10-u ixtisasca hüquqşünasdır. 

1. Vilayət Eyvazov – daxili işlər naziri.

2. Fikrət Məmmədov – ədliyyə naziri.

3. Kamran Əliyev – Azərbaycan Respublikasının Baş prokuroru

4. Sahil Babayev – əmək və əhalinin sosial müdafiəsi naziri.

5. Ceyhun Bayramov – xarici işlər naziri.

6. Mikayıl Cabbarov – iqtisadiyyat naziri.

7. İnam Kərimov – kənd təsərrüfatı naziri.

8. Samir Şərifov – maliyyə naziri.

9. Bahar Muradova – Ailə. Uşaq və Qadın Problemləri üzrə DK-nin sədri.

10. Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DK-nin sədri.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir