Cəmiyyət

Dəhşətli qəzada xanımı ilə birgə həlak olan şəxs Bakı Metropoliteninin əməkdaşı imiş – FOTO

Sharing is caring!

Ötən gün Bakı şəhəri Suraxanı rayonunda – Zığ şosesində baş vermiş dəhşətli yol qəzasında həyat yoldaşı ilə birgə vəfat edən Müşfiq Mustafayev Bakı Metropoliteninin əməkdaşı olub.

“Qafqazinfo”nun məlumatına görə, Müşfiq Mustafayev xeyli vaxt imiş ki, Metropolitenin təsərrüfat qatarının maşinisti kimi çalışırmış. Hadisə nəticəsində onun 267 saylı orta məktəbdə müəllim işləyən həyat yoldaşı Anargül Mustafayeva da dünyasını dəyişib.

Qeyd edək ki, ötən gün Zığ şosesində “Hyundai” markalı 99-TS-376 dövlət qeydiyyat nişanlı avtomobilin idarəetmədən çıxaraq qəzaya düşməsi nəticəsində ər-arvad hadisə yerində həlak olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir