Cəmiyyət

Dövlət tərəfindən təcili tibbi yardım maşını üçün verilən benzin satılır? – AÇIQLAMA

Sharing is caring!

Tovuz rayonunda dövlət tərəfindən təcili tibbi yardım maşını üçün verilən benzinin satıldığı iddia edilib. 

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Məsələ barədə Tovuz Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. 

Xəstəxanadan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım maşınının yanacağı bitdiyi üçün digər xidməti nəqliyyat vasitəsi ilə operativ olaraq həmin avtomobil yanacaqla təmin edilib:

“Foto da məhz həmin zaman çəkilib. Qeyd edək ki, avtomobilin fəaliyyətində yaranan qısamüddətli durğunluq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin fəaliyyətində heç bir problemə yol açmayıb. TTTYŞ əməkdaşları daxil olan çağırışlarla bağlı vaxtında ünvanlara çatıblar. Dövlət tərəfindən təcili tibbi yardım maşınına verilən benzinin satılması iddiası əsassızdır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir